Əlixan Musayev:
Nuhu da (yada) (sal!) Daha öncə o dua etmişdi. Biz onun duasını qəbul etmiş, onu və onun ailəsini böyük qəm-qüssədən qurtarmışdıq!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Nuhu da (yad et)! O daha öncə (öz kafir ümmətinin əzaba düçar olması haqqında) yalvarıb dua etmişdi. Biz onun duasını qəbul buyurmuş, onu da, ailəsini də böyük fəlakətdən (tufandan) qurtarmışdıq!
Elmir Quliyev
:
Помяни также Нуха (Ноя), который воззвал еще раньше. Мы ответили на его мольбу и спасли его и его семью от великой скорби.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Nuhu da (yad et)! Daha əvvəl o dua etmiş, Biz də onun duasını qəbul etmişdik. Beləliklə, onu və (iman gətirmiş) qohumlarını böyük fəlakətdən xilas etmişdik.
Kerbelayi Malik ağa:
Nuh (ə.s) daha əvvəl nida etmişdi (dua etmişdi). Bunun üzərinə onun duasını qəbul etdik. Beləcə onu və əhlini böyük bir kədərdən qurtardıq.
Ələsgər Musayev:
Nuha… Onda ki, nida etdi qabaqcadan və cavab verdik ona
və nicat verdik ona və əhlinə onun əzəmətli müsibətdən.
A.Mehdiyev və D.Cəfərli:
Və Nuhu – onun bundan öncə (bu peyğəmbərlərdən qabaq Öz Allahını) səslədiyi zamanı (yada sal)! Biz onun duasını qəbul etdik, onu və (zövcəsi ilə bir oğlundan başqa bütün) ailəsini o böyük qəmdən (qövmünün küfr və nankorluğundan və doqquz yüz ildən artıq bir dəvətin nəticəsizliyindən) qurtardıq.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Nuhu da yada sal! O, daha öncə dua etmişdi, biz isə onun duasını qəbul edərək onu və ailəsini o böyük müsibətdən (tufandan) xilas etmişdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Nuhu da (yada sal). Bundan əvvəl o, (Bizi) çağıranda Biz ona cavab verdik. Onu və ailəsini böyük bir bədbəxtlikdən qurtardıq.
Sabirə Dünyamalıyeva:
Və Nuhu; o daha əvvəl nida etmişdi, Biz də ona cavab vermişdik. Sonra da Biz özünü və ailəsini, yaxınlarını, inananlarını böyük çətinlikdən xilas etdik.