Əlixan Musayev:
(Allah) onların keçmişini və gələcəyini bilir. Bütün işlər Allaha qayıdır.
Bünyadov-Məmmədəliyev:
(Allah) onların önlərindəkini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Bütün işlər (nəticə etibarilə axirətdə) Allaha qayıdar! (Qiyamət günü bütün məxluqat öz əməlləri ilə birlikdə Allahın hüzurunda duracaqdır).
Elmir Quliyev
:
Он знает их прошлое и будущее, и к Аллаху возвращаются дела.
Ələddin Sultanov:
O, onların etdiklərini də, edəcəklərini də bilir. Bütün işlər Allaha qaytarılacaqdır.
Kerbelayi Malik ağa:
O, onların önündəkiləri və arxalarındakını bilir. Əmrlər Allaha qayıdar.
Ələsgər Musayev:
O bilir
nə ki, arasında önlərinin və arxalarının. Allaha tərəf müraciət
edir əmrlər!
A.Mehdiyev və D.Cəfərli:
Onların (mələk və insanlardan olan elçilərin) önlərində və arxalarında olanı bilir (və onları səhvdən, unutqanlıqdan və şeytanın müdaxiləsindən qoruyur). (Yaradılış və şəriətin) bütün işlər(i) Allaha tərəf qaytarılır.
Kövsər Tağıyev:
Onların önlərindəkini də (etdiklərini də), arxalarındakını da (edəcəklərini də) bilir. Bütün işlər Allaha qaytarılar.
M.Qənioğlu və T.Bilaloğlu:
O, onlann nə etdiklərini və nə edəcəklərini bilir. Bütün işlər (nəticə etibarilə) Allaha qayıdır.
Sabirə Dünyamalıyeva:
əllərinin arasında olanı və arxalarında olanı bilir. Və işlər, yalnız Allaha qaytarılır.