Möminun Surəsi 76. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onları əzabla yaxaladıq, onlar yenə öz Rəbbinə boyun əymədilər, (Ona) yalvarıb-yaxarmadılar.
Bünyadov-Məmmədəliyev:
Biz həqiqətən, onları əzabla yaxaladıq, lakin onlar yenə öz Rəbbinə itaət etmədilər, (Ona) yalvarıb-yaxarmadılar (iman gətirmədilər ki, gətirmədilər).
Elmir Quliyev :
Мы подвергли их мучениям, но они не смирились перед своим Господом и не взмолились перед Ним.
Ələddin Sultanov:
Şübhəsiz, Biz onları əzabla (aclıqla) yaxaladıq. Ancaq onlar yenə Rəbbinə itaət etmədilər, Ona yalvarıb-yaxarmadılar.
Kerbelayi Malik ağa:
And olsun ki, onları əzaba uğratdıq. Lakin onlar Rəblərinə boyun əymədilər yalvarıb dua etmədilər.
Ələsgər Musayev:
Əlbəttə, tutduq onları əzabla, onlar isə Rəblərinə tabe olmadılar Ona yalvarmadılar.
A.Mehdiyev və D.Cəfərli:
Biz onları (Məkkədə qəhətlik xəstəlik kimi) əzaba düçar etdik. Lakin onlar öz Rəbblərinin dərgahına baş əyib təvazökarlıq göstərdilər, yalvarıb-yaxarırlar.
Kövsər Tağıyev:
And olsun, biz onları əzab ilə qəfil yaxaladıq, yenə Rəblərinə boyun əymədilər Ona yalvarıb yaxarmadılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onları əzabla yaxaladıq, onlar isə öz Rəbbinə tabe olmadılar (Ona) yalvarmazlar.
Sabirə Dünyamalıyeva:
and olsun, Biz onları əzabla yaxaladıq; buna baxmayaraq, öz Rəbbinə boyun əymədilər Allaha qarşı zəlilliklərini heç göstərmədilər.