Əlixan Musayev:
Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin çoxunu anlatmaqdadır.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin əksəriyyətini anladıb xəbər verir.
Elmir Quliyev
:
Воистину, этот Коран рассказывает сынам Исраила (Израиля) большую часть того, о чем они расходятся во мнениях.
Ələddin Sultanov:
Şübhəsiz, bu Quran İsrail oğullarına ixtilafda olduqları məsələlərin bir çoxunu xəbər verir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, bu Quran İsrail oğullarına ixtilaf etdikləri şeylərin əksəriyyətini açıqlayır.
Ələsgər Musayev:
Həqiqətən, bu Qur’an Israil oğullarına hekayət edir əksəriyyətini onun ki, onlar onda ixtilaf edirlər!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, bu Qur’an İsrail övladlarına ixtilafda olduqları şeylərin əksəriyyətini (Üzeyirin və İsanın övladlığı, Məsihin qətli və bəzi yeməklərin haramlığı kimi) xəbər verir.
Kövsər Tağıyev:
Həqiqətən, bu Qur`an İsrail oğullarına ixtilafda olduqları şeylərin çoxunu açıqlayır.
M.Qənioğlu və T.Bilaloğlu:
Doğrudan da bu Quran İsrail övladlarına ixtilafda olduqlarının çoxu haqqında söhbət açır.
Sabirə Dünyamalıyeva:
Heç şübhəsiz, bu Quran İsrail oğullarına, barəsində ixtilafda olduqları şeylərin əksəriyyətini xəbər verib anlatmaqdadır.