Əlixan Musayev:
Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.
Bünyadov-Məmmədəliyev:
Biz (Nuh qövmünü suda boğub) onu və ailəsini böyük fəlakətdən qurtardıq.
Elmir Quliyev
:
Мы спасли его и его семью от великой печали
Ələddin Sultanov:
Onu və ailəsini böyük fəlakətdən xilas etmişdik.
Kerbelayi Malik ağa:
Onu (Hz. Nuhu) və Onun ailəsini böyük sıxıntıdan qurtardıq.
Ələsgər Musayev:
Və Biz nicat verdik ona və onun əhlinə əzəmətli bəladan.
A.Mehdiyev və D.Cəfərli:
Biz ona və onun ailəsinə böyük qüssədən (qövmünün zülmü, əziyyətləri və təhqirlərindən və tufan təhlükəsindən) nicat verdik.
Kövsər Tağıyev:
Onu və ailəsini o böyük sıxıntıdan xilas etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu və onun ailəsini böyük fəlakətdən qurtardıq.
Sabirə Dünyamalıyeva:
- Biz də Onu və ailəsini, yaxınlarını, inananlarını o böyük fəlakətdən xilas etdik.