Əlixan Musayev:
Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.
Bünyadov-Məmmədəliyev:
İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!
Elmir Quliyev
:
Те, которые уверовали, сражаются на пути Аллаха, а те, которые не уверовали, сражаются на пути тагута. Посему сражайтесь с помощниками дьявола. Воистину, козни дьявола слабы.
Ələddin Sultanov:
İman gətirənlər Allah yolunda döyüşürlər. Kafirlər isə Tağut (şeytan, bütlər) yolunda döyüşürlər. Elə isə, şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.
Kerbelayi Malik ağa:
Amənu olanlar Allahın yolunda savaşarlar və kafir olanlar isə tağutun yolunda savaşarlar. O halda şeytanın dostlarıyla savaşın. Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.
Ələsgər Musayev:
O kəslər
ki, inanırlar – Allah yolunda vuruşurlar və o kəslər ki,
inanmırlar –Tağut yolunda vuruşurlar. Vuruşun şeytanın
dostları ilə, həqiqətən, şeytanın fəndi zəifdir!
A.Mehdiyev və D.Cəfərli:
İman gətirənlər Allah yolunda vuruşurlar. Küfr edənlər isə azğının (haqqa itaətsizlik edən tüğyançının) yolunda vuruşurlar. Buna görə də siz Şeytanın köməkçiləri və dostlarına qarşı vuruşun. Şübhəsiz Şeytanın məkr və hiyləsi həmişə (Allahın tökdüyü tədbir müqabilində) zəifdir.
Kövsər Tağıyev:
İman edənlər Allah yolunda savaşırlar. İnkar edənlər də tağut yolunda savaşırlar. O halda siz şeytanın dostlarına qarşı savaşın. Şübhəsiz, şeytanın hiyləsi zəifdir.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirənlər Allah yolunda vuruşurlar, kafirlər isə Tağut [şeytan] yolunda vuruşurlar. Şeytanın tərəfdarları ilə vuruşun! Şeytanın hiyləsi zəifdir.
Sabirə Dünyamalıyeva:
İman etmiş kəslər, Allah yolunda vuruşar. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] də tağut yolunda vuruşar. O halda siz şeytanın yaxınları, yardımçıları ilə vuruşun. Şübhəsiz ki, şeytanın hiyləsi çox zəifdir.