Maidə Surəsi 76. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Allahı qoyub sizə bir zərər, bir fayda verə bilməyən şeylərəmi ibadət edirsiniz?” Allah Eşidəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
De: “Allahı qoyub sizə bir zərər, bir xeyir verən şeylərəmi ibadət edirsiniz? Halbuki Allah (hər şeyi) eşidəndir, biləndir!”
Elmir Quliyev :
Скажи: "Неужели вы станете поклоняться вместо Аллаха тому, что не властно принести вам ни вреда, ни пользы? Это Аллах является Слышащим, Знающим!"
Ələddin Sultanov:
De: “Allahı qoyub sizə bir zərər, bir xeyir verə bilən şeylərəmi ibadət edirsiniz?! Allah hər şeyi eşidəndir, biləndir”.
Kerbelayi Malik ağa:
De ki: ‘Allahdan başqa sizə zərər fayda verməyə gücü çatmayan şeylərəmi qul olursunuz?’ Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
Ələsgər Musayev:
De: «Ə, Allahdan başqasınamı ibadət edirsiniz, sizin zərərinizə mənfəətinizə malik deyil? Allah O Səmidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
De: «Allahı qoyub (müstəqil surətdə) sizə heç bir ziyan xeyir vermək imkan qüdrəti olmayan şeyə ibadət edirsiniz?! Allah eşidən biləndir!
Kövsər Tağıyev:
(Ey Muhamməd!) De ki: “Allahı qoyub, sizin üçün bir zərər, bir xeyir verməyə gücü yetən şeylərəmi tapınırsınız? Halbuki Allah haqqı ilə eşidəndir, haqqı ilə biləndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Siz Allahı qoyub sizin üçün bir zərəri, faydası olmayan şeylərəmi ibadət edirsiniz?" Həqiqətən, Allah hər şeyi eşidəndir, biləndir.
Sabirə Dünyamalıyeva:
De ki: "Allahın altındakılardan sizə zərər yetirməyə fayda verməyə gücü çatmayan şeylərəmi ibadət edirsiniz? Halbuki Allah, çox yaxşı eşidəndir, çox yaxşı biləndir."