Yunus Surəsi 77. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Musa dedi: “Əcəba, sizə haqq gəldikdə: “Bu sehrdirmi?” deyirsiniz? Halbuki sehrbazlar uğur qazanmazlar”.
Bünyadov-Məmmədəliyev:
Musa onlara belə dedi: “Məgər sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi? Sehrbazlar (dünyada axirətdə) nicat tapmazlar!”
Elmir Quliyev :
Муса (Моисей) сказал: "Неужели, когда истина явилась к вам, вы говорите: “Колдовство ли это?”. Воистину, колдуны не преуспеют".
Ələddin Sultanov:
Musa: “Sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi? Halbuki sehrbazlar nicat tapmazlar!” - dedi.
Kerbelayi Malik ağa:
Musa (ə.s) belə dedi: ‘Sizə haqq gəldiyi zaman onun haqqındamı danışırsınız (mübahisə edirsiniz), bu bir sehrdirmi? (Halbuki) sehrbazlar fəlaha (qurtuluşa) ərməz.’
Ələsgər Musayev:
Dedi Musa: «Ə, haqq barəsində belə deyirsiniz, onda ki, gəldi sizə? Ə, bu, sehrdirmi? Sehrkarlar nicat tapmayacaqlar!»
A.Mehdiyev və D.Cəfərli:
Musa dedi: «Haqq (Allahın möcüzələri) sizə gəldiyi zaman ona cadu deyirsiniz?! Məgər bu (növ möcüzələr) cadudur?! Halbuki, cadugərlər nicat tapmazlar!
Kövsər Tağıyev:
Bilin ki, Allahın dostlarına heç bir qorxu yoxdur. Onlar qəm-qüssə görməyəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: “Haqq sizə gəldikdə, buna sehrmi deyirsiniz? Sehrbazlar uğur əldə edə bilməzlər!”
Sabirə Dünyamalıyeva:
Musa dedi ki: "Haqq sizə gəldikdə, siz onun haqqında 'Bu, bir sehrli sözdür' deyirsiniz? Halbuki sehirli söz söyləyənlər, umduqlarını əldə edə bilməzlər."