Əlixan Musayev:
Göylərin və yerin qeybi Allaha aiddir. O Saatın gəlməsi bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
Göylərin və yerin qeybini (gözə görünməyən, heç kəsə bəlli olmayan məchul sirlərini) bilmək ancaq Allaha məxsusdur. Qiyamətin qopması (əmri) bir göz qırpımında, yaxud daha tez olar. Allah, həqiqətən, hər şeyə qadirdir!
Elmir Quliyev
:
Аллаху принадлежит сокровенное на небесах и на земле. Наступление Часа подобно мгновению ока или даже быстрее. Воистину, Аллах способен на всё!
Ələddin Sultanov:
Göylərin və yerin qeybini yalnız Allah bilir. Qiyamət ancaq bir göz qırpımında, yaxud daha az bir vaxtda qopacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Səmaların və yer üzünün qeybi Allaha aiddir. O saatın (qiyamətin) əmri ancaq göz qırpmaq qədər və ya ondan daha sürətlidir. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Ələsgər Musayev:
Allah üçündür səmaların və ərzin qeybi.
Saatın gəlmək əmri ancaq bir göz qırpımı, ya daha yaxındır.
Həqiqətən, Allah üzərində külli şeyin Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Göylərin və yerin qeybi (məxluqların zahiri hissiyyatlarından və fikir üfüqlərindən gizlin qalan şeylər) Allaha məxsusdur. Və Qiyamətin işi (onun bərpa edilməsi Allah yanında asanlıq və sürət baxımından) yalnız göz qırpımı kimi, yaxud ondan da az (bir vaxtda)dır. Həqiqətən Allah hər şeyə qadirdir.
Kövsər Tağıyev:
Göylərin və yerin qeybi Allaha aiddir. Qiyamətin qopması bir göz qırpımı kimi və ya daha tezdir. Şübhəsiz, Allah hər şeyə haqqı ilə gücü yetəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərdə və yerdə olan qeyblər Allaha məxsusdur. Qiyamət gününün gəlməsi bir göz qırpımı kimidir, yaxud daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir.
Sabirə Dünyamalıyeva:
Və göylərin və yerin görünməyəni, eşidilməyəni, hiss edilməyəni yalnız Allaha məxsusdur. Qiyamətin qoparılması da yalnız göz açıb-yummaq kimidir və ya daha yaxındır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.