Əlixan Musayev:
Ayələrimizi inkar edib: “Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!”– deyən adamı gördünmü?
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Ayələrimizi inkar edib: “(Əgər qiyamət qopsa, axirətdə) mənə mütləq mal-dövlət və övlad veriləcəkdir!” – deyən adamı (As ibn Vaili) gördünmü?
Elmir Quliyev
:
Видел ли ты того, кто не уверовал в Наши знамения и сказал: "Я буду непременно одарен богатством и детьми?"
Ələddin Sultanov:
Ayələrimizi inkar edib: “Mənə mütləq mal-mülk və övlad veriləcəkdir!” - deyən kimsəni gördünmü?!
Kerbelayi Malik ağa:
Elə isə (hələ) ayələrimizi inkar edərək: ‘Mənə mütləq mal-dövlət və övlad veriləcək.’ deyəni gördünmü?
Ələsgər Musayev:
Ə, gördünmü o kəsi ki, kafirdir ayətlərimizlə Bizə və
dedi: «Mənə əta olunacaq mal və övlad!»?
A.Mehdiyev və D.Cəfərli:
Bizim (tovhid) nişanələrimizə və (kitabdakı) ayələrimizə kafir olub «(şirki seçməklə dünyada çoxlu sərvət və övlad əldə edirəm, əgər axirət olmuş olsa orda da) mənə mal və övlad veriləcəkdir» deyən kəsi gördünmü?!
Kövsər Tağıyev:
Ayələrimizi inkar edib “Əlbəttə, mənə mal-mülk və övlad veriləcək” deyəni gördünmü?
M.Qənioğlu və T.Bilaloğlu:
Sən Bizim ayələrimizi inkar edib: "Mənə mütləq mal-dövlət və övlad veriləcəkdir". - deyən kəsi gördünmü?
Sabirə Dünyamalıyeva:
Yaxşı, bəs nişanlarımızı/işarətlərimizi, Allahın məbud və rəbb olduğunu qəbul etməyən və "Əlbəttə mal və uşaq veriləcək" deyən kəsi gördünmü/heç düşündünmü?