Əlixan Musayev:
Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.
Bünyadov-Məmmədəliyev:
Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir.
Elmir Quliyev
:
Все они — враги мои, кроме Господа миров,
Ələddin Sultanov:
Şübhəsiz ki, aləmlərin Rəbbindən başqaları (bütlər) mənim düşmənimdir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, onlar mənim üçün düşməndir, amma aləmlərin Rəbbi xaric.
Ələsgər Musayev:
Həqiqətən, onlar mənim üçün düşməndirlər, ancaq aləmlərin Rəbbindən başqa.
A.Mehdiyev və D.Cəfərli:
«Şübhəsiz, aləmlərin Rəbbindən başqa onların hamısı mənim düşmənimdirlər (çünki onlar, özlərinə ibadət edənləri cəhənnəmlik edənlərdir, aləmlərin Rəbbi isə belə deyildir)».
Kövsər Tağıyev:
“Şübhəsiz, onlar mənim düşmənimdir. Ancaq aləmlərin Rəbbi olan Allah dostumdur”.
M.Qənioğlu və T.Bilaloğlu:
Axı onlar, aləmlərin Rəbbi istisna olmaqla, mənim düşmənimdirlər.
Sabirə Dünyamalıyeva:
Bax budur, onlar mənim düşmənimdir, ancaq aləmlərin Rəbbi ayrı.