Əlixan Musayev:
Onlar (Cəhənnəm gözətçisini) çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz (burada) əbədi qalacaqsınız!”– deyəcək.
Bünyadov-Məmmədəliyev:
Onlar (Cəhənnəmin gözətçisi Malikə) müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq)! O isə (min ildən sonra onlara): “Siz (həmişəlik burada) qalacaqsınız!” – deyə cavab verəcəkdir!
Elmir Quliyev
:
Они воззовут: "О Малик! Пусть твой Господь покончит с нами". Он скажет: "Вы останетесь здесь навечно".
Ələddin Sultanov:
Onlar (cəhənnəmin gözətçisi olan mələyə): “Ey Malik! Rəbbin bizim canımızı alsın!” - deyə səslənəcəklər. O da: “Siz (bu vəziyyətdə) qalacaqsınız!” - deyəcəkdir.
Kerbelayi Malik ağa:
(Günahkarlar): ‘Ey Malik (ey cəhənnəm gözətçisi)! Rəbbin bizim üzərimizə hökm versin (bizi öldürsün).’ deyə səsləndilər. (Malik): ‘Şübhəsiz ki, siz (bu əzabın içində) qalacaq olanlarsınız.’ dedi.
Ələsgər Musayev:
Nida edərək çağırdılar: «Ay Malik!
Qoy həll etsin üzərimizə Rəbbin!» Dedi: «Həqiqətən, siz
qalacaqsınız».
A.Mehdiyev və D.Cəfərli:
Onlar (Cəhənnəmin məmurunu) çağırarlar (ki): «Ey (Cəhənnəmin) maliki! Rəbbin(ə de) bizi öldürsün və məhv etsin.» O deyər: «Şübhəsiz, siz (burada) qalacaqsınız.»
Kövsər Tağıyev:
(Vəzifəli mələyə belə səslənərlər:) “Ey Malik! Rəbbin bizim işimizi bitirsin”. O isə: “Siz həmişə belə qalacaqsınız”, – deyər.
M.Qənioğlu və T.Bilaloğlu:
(Onlar cəhənnəm gözətçisinə): "Ey Malik! Qoy sənin Rəbbin canımızı alıb qurtarsın!" - deyəcəklər. O isə: "Siz (burada əbədi) qalacaqsınız." - deyəcəkdir.
Sabirə Dünyamalıyeva:
Və onlar belə səslənəcəklər: "Ey Malik! Rəbbin bizim işimizi bitirsin." Malik: "Şübhəsiz ki, siz, belə qalacaqsınız" deyəcək.