Əlixan Musayev:
Doğan ayı gördükdə: “Bu mənim Rəbbimdir!”– dedi. O batdıqda isə: “Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım”– dedi.
Bünyadov-Məmmədəliyev:
(Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, - söylədi.
Elmir Quliyev
:
Когда он увидел восходящую луну, то сказал: "Вот мой Господь!" Когда же она закатилась, он сказал: "Если мой Господь не наставит меня на прямой путь, то я стану одним из заблудших людей".
Ələddin Sultanov:
Ay doğarkən onu görən zaman belə dedi: “Bu mənim Rəbbimdir!” O batdığı zaman isə: “Şübhəsiz, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, zəlalətə düşən qövmdən olardım”, - dedi.
Kerbelayi Malik ağa:
Ayı doğularkən gördükdə: ‘Mənim Rəbbim budur.’ dedi. Lakin batdıqda: ‘Əgər Rəbbim məni hidayətə ərdirməzsə, mütləq dəlalətdəki qövmdən olaram.’ dedi.
Ələsgər Musayev:
Amma elə ki, qəməri doğan gördü, dedi: «Bu, mənim Rəbbimdir!» Amma elə ki, batdı, dedi: «Əgər Rəbbim məni hidayət etməsə, zəlalətdə olan qoumdan olaram».
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, ayı doğan və üfüqü yaran halda görəndə dedi: «Bu mənim Rəbbimdir.» Elə ki, (ay) batdı, dedi: «Doğrudan da əgər Rəbbim məni hidayət etməsə, mən mütləq azmış dəstələrdən olaram.»
Kövsər Tağıyev:
Doğduğu zaman Ayı gördükdə isə: “Budur Rəbbim!” – dedi. Ay da batdıqda: “And olsun ki, Rəbbim mənə doğru yolu göstərməzsə, mütləq mən də yolunu azanlardan olaram”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Ayın doğulduğunu gördükdə: "Bu, mənim Rəbbimdir" - dedi. O batıb gedəndə isə: "Əgər Rəbbim mənə düz yol göstərməsə, mən yolunu azmış adamlardan olacağam, " - dedi.
Sabirə Dünyamalıyeva:
Sonra ay doğduqda, görüb: "Bu, mənim Rəbbimdir" dedi. O da batdıqda, "And olsun ki, Rəbbim mənə doğru yolu göstərməsəydi, həqiqətən mən azğınlardan olaram" dedi.