Yunus Surəsi 78. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik”.
Bünyadov-Məmmədəliyev:
Onlar (Musaya Haruna): “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” dedilər.
Elmir Quliyev :
Они сказали: "Неужели ты пришел для того, чтобы сбить нас с пути, по которому шли наши отцы, и чтобы вам обоим досталось величие на земле? Мы не уверуем в вас".
Ələddin Sultanov:
Onlar dedilər: “Bizi atalarımızın yolundan döndərəsiniz yer üzündə hökmranlıq ikinizə qalsın deyəmi gəldiniz? Halbuki biz sizə iman gətirəsi deyilik”.
Kerbelayi Malik ağa:
Dedilər ki: ‘Atalarımızın tutduğu yoldan bizi döndərmək üçün yer üzündə böyüklük (üstünlük, səltənət) sizin olsun deyəmi bizə gəldiniz? Biz sizin ikinizə iman edəcək (inanacaq) deyilik.’
Ələsgər Musayev:
Dedilər: «Ə, gəlibsən bizə, tələf etmək üçün bizi nədən ki, tapmışıq atalarımızı üzərində onun ondan ötrü ki, hər ikiniz ərzdə böyüklük edəsiniz? Biz hər ikinizə inanmarıq!»
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Gəlmisən ki, bizi atalarımızın yolundan döndərəsən bu vilayətdə böyüklük başçılıq siz iki nəfərə məxsus olsun?! (Bu qətiyyən ola bilməz) biz əsla sizə iman gətirən deyilik».
Kövsər Tağıyev:
Onlar iman edənlər Allaha qarşı gəlməkdən çəkinənlərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər “Yanımıza gəlmisən ki, ata-babalarımızın getdiyi yoldan bizi döndərəsən yer üzündə böyüklük ikinizə qismət ola? Biz sizə inanan deyilik!“
Sabirə Dünyamalıyeva:
Onlar dedilər: "Sən atalarımızdan gördüyümüz şeydən bizi döndərmək üçün yer üzündə səltənət ikinizin olsun deyəmi gəldin? Biz ikinizə inanmayacağıq."