Əlixan Musayev:
Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz.
Bünyadov-Məmmədəliyev:
Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz!
Elmir Quliyev
:
Аллах вывел вас из чрева ваших матерей, когда вы ничего не знали. Он наделил вас слухом, зрением и сердцами, — быть может, вы будете благодарны.
Ələddin Sultanov:
Allah sizi heç bir şey bilmədiyiniz halda analarınızın bətnlərindən çıxartdı. Şükür edəsiniz deyə Allah sizə qulaqlar, gözlər və qəlblər bəxş etdi.
Kerbelayi Malik ağa:
Allah sizi bir şey bilmədiyiniz halda analarınızın qarınından çıxartdı. Sizin üçün eşitmə, görmə və idrak etmə xüsusiyyəti verdi ki, bəlkə şükür edərsiniz.
Ələsgər Musayev:
Allah sizi
analarınızın bətnindən xaric etdi o halda ki, bir şey bilmirdiniz.
Etdi sizin üçün qulaq və göz və könül, ola ki, şükr edənlər
olasınız.
A.Mehdiyev və D.Cəfərli:
Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükr edəsiniz.
Kövsər Tağıyev:
Allah sizi analarınızın qarnından heç bir şey bilmədiyiniz halda çıxardı. Şükür edəsiniz deyə sizə qulaqlar, gözlər və qəlblər verdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah sizi analarınızın bətnlərindən hər şeydən xəbərsiz vəziyyətdə çıxartdı və O, sizə eşitmə, görmə və ürək [dərk etmək qabiliyyəti] verdi ki, bəlkə şükr edəsiniz.
Sabirə Dünyamalıyeva:
Və Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxardı və sahib olduğunuz nemətlərin əvəzini ödəyəsiniz deyə eşitmə, görmə duyğularını və qəlblər verdi.