İsra Surəsi 78. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Gün batmağa meyl edəndən gecənin qaranlığınadək (bəlli )(vaxtlarda) namaz qıl sübh çağı Quran oxu (fəcr namazını da qıl)! Çünki sübh çağı oxunan Quranın şahidləri olur.
Bünyadov-Məmmədəliyev:
Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur.
Elmir Quliyev :
Совершай намаз с полудня до наступления ночного мрака и читай Коран на рассвете. Воистину, на рассвете Коран читают при свидетелях (ангелах).
Ələddin Sultanov:
Günorta vaxtından gecənin qaranlığına qədər (müəyyən vaxtlarda) namaz qıl! Bir sübh namazını (qıl)! Şübhəsiz ki, sübh namazı (mələklər tərəfindən) müşahidə olunur. (Təfsirçilərə görə, bu ayə beş vaxt namaza işarə edir. Belə ki, günortadan sonrakı namazlar günorta ilkindi namazları, günəşin batmasından sonrakı namazlar da axşam yatsı namazlarıdır. Sübh namazı isə xüsusi olaraq qeyd edilmişdir.)
Kerbelayi Malik ağa:
Günəşin dönməsindən gecənin qaralmasına qədər namaz qıl. Fəcr vaxtı oxunan Quranı yerinə yetir! Çünki sübh çağı oxunan Quran şahidlidir.
Ələsgər Musayev:
Qalx islahat üçün şəms gecəyə bürünməyə meyl edəndən Qur’anı fəcrdə. Həqiqətən, Qur’an fəcrdə müşahidə olunar!
A.Mehdiyev və D.Cəfərli:
Namazı (gündəlik vacib namazların dördünü N zöhr, əsr, məğrib işa namazlarını onların iyirmi iki rəkət nafilələrini) günəşin (hər bir kəsin öz məntəqəsinə uyğun olaraq günortanın tam yarısından) batmağa doğru meyl etməsinin əvvəlindən gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl həmçinin sübh namazını (və onun nafiləsini qıl). Həqiqətən sübh namazı (gecə gündüz mələkləri tərəfindən yazılmaq üçün) müşahidə olunur.
Kövsər Tağıyev:
Günəşin zəvalından (günorta vaxtı qərbə tərəf yönəlməsindən) gecənin qaranlığınadək (müəyyən vaxtlarda) namaz qıl. Bir sübh namazını qıl. Çünki sübh namazı şahidlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Gün əyilən vaxtdan gecə qaranlığı düşənə qədər namazlarını qıl, sübh Quranını [namazını] da. Həqiqətən, sübh namazının çox şahidləri vardır.
Sabirə Dünyamalıyeva:
Günəşin batmasından/itməsindən gecənin qaranlığının düşməsinə qədər səlatı yerinə yetir [maddi zehni baxımdan dəstək olmağı; cəmiyyəti maarifləndirmə qurumlarını meydana gətir davam etdir] səhər öyrənmə-öyrətmə işini həyata keçir. Çünki səhərlər öyrənmə-öyrətmə işi görülməli işdir.