Kəhf Surəsi 78. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Xızır) dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbr edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.
Bünyadov-Məmmədəliyev:
(Xızır) dedi: “Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. (Zahirən naməqbul olduğunu gördüyün üçün) dözə bilmədiyin şeylərin yozumunu (batinini, üzünü) sənə xəbər verəcəyəm!
Elmir Quliyev :
Он сказал: "Здесь я с тобой расстанусь, но я поведаю тебе толкование того, к чему ты не смог отнестись с терпением.
Ələddin Sultanov:
(Xızır) dedi: “Bu, mənimlə sənin ayrılma vaxtımızdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.
Kerbelayi Malik ağa:
(Xızır ə.s) belə dedi: ‘Bu, mənimlə sənin aranda ayrılıq vaxtıdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.’
Ələsgər Musayev:
Dedi: «Bu, səninlə mənim aramda ayrılıqdır. Mən xəbər verərəm sənə təvili ilə ki, bacarmadın üzərində onun səbrə!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Bu (indi), mənimlə sənin aranda olan ayrılıq (vaxtı)dır. Tezliklə (indi) səni səbr edə bilmədiyin şeyin gələcəyindən (həmin işlərin hədəfindən onların yerinə yetirilmələrinin daha xeyirli olmasının səbəblərindən) xəbərdar edəcəyəm.»
Kövsər Tağıyev:
Adam: “Bu, artıq bizim bir-birimizdən ayrılmağımız deməkdir”, dedi. “İndi sənə səbir edə bilmədiyin şeylərin mahiyyətini xəbər verəcəyəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Xızır dedi: "Bu, artıq mənimlə sənin aranda ayrılıqdır. Mən sənin dözə bilmədiyin şeylərin yozumunu sənə xəbər verirəm:
Sabirə Dünyamalıyeva:
Özünə elm mərhəmət verilən bəndə: "Bax bu, aramızda ayrılıq vaxtıdır. İndi sənə o səbr edə bilmədiyin şeylərin birinci mənalarını xəbər verim: