Əlixan Musayev:
Olmaya, o, qeybdən xəbərdardır, yoxsa ər-Rəhmandan vədə almışdır?
Bünyadov-Məmmədəliyev:
Görəsən, o, qeybə vaqif olmuş, yoxsa Rəhmandan (bu barədə) söz (əhd) almışdır?!
Elmir Quliyev
:
Разве он знал сокровенное или заключил завет с Милостивым?
Ələddin Sultanov:
O qeybi öyrəndi, yoxsa Rəhmanın dərgahından (bu barədə) bir söz aldı?!
Kerbelayi Malik ağa:
O, qeybi görüb bildimi? Yoxsa Rəhmanın hüzurunda bir əhdmi aldı?
Ələsgər Musayev:
Ə, agahdırmı
qeybə, yoxsa alıbdır Rəhmanın yanından əhd?
A.Mehdiyev və D.Cəfərli:
Məgər o qeybdən (dünyanın gələcəyindən və ya axirətin gizli saxlanılan işlərindən) xəbər tutub, yoxsa Allahdan bir əhd-peyman alıb (və buna görə qəlbi rahatdır)?!
Kövsər Tağıyev:
Qeybi görüb, yoxsa Rəhmandan bir söz alıb?
M.Qənioğlu və T.Bilaloğlu:
O, qeybdənmi xəbərdardır, yoxsa mərhəmətli Allahdan vədinimi alıbdır?
Sabirə Dünyamalıyeva:
O inkarçı şəxs, bilməsi, dərk etməsi mümkün olmayan şeylər barədə bir məlumat sahibi oldu; yaxud da Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] dərgahından bir vəd aldı?