Bəqərə Surəsi 78. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara (dalar) ancaq zənnə uyarlar.
Bünyadov-Məmmədəliyev:
Onların (yəhudilərdən) bəziləri avamdırlar (bisavaddırlar), kitabı (Tövratı) bilməzlər. Uyduqları yalnız (bir sıra) boş arzulardır (xam xəyallardır). Onlar ancaq zənnə qapılırlar.
Elmir Quliyev :
Среди них есть неграмотные люди, которые не знают Писания, а лишь верят пустым мечтам и делают предположения.
Ələddin Sultanov:
Onların içində kitabı (Tövratı) bilməyən savadsızlar da var ki, onların bildikləri yalnız ucdan-qulaqdan eşitdikləridir. Onlar yalnız zənnin arxasınca gedirlər.
Kerbelayi Malik ağa:
Onlardan bir qismi ümmilərdir. Onlar (Allahın) Kitabını bilməzlər, yalnız əmaniyyəyi (din alimlərinin yazdığı kitabları) bilərlər. Onlar yalnız zənnə uyarlar.
Ələsgər Musayev:
Onlardan var ümmilər - bilmirlər kitabı, ancaq əmindirlər onlar ancaq zənn edirlər.
A.Mehdiyev və D.Cəfərli:
Onların bəziləri kitabdan (Tövratdan, bir ovuc) boş xəyal puç arzulardan başqa bir şey bilməyən savadsızlardır onlar (kitabın hökmləri barəsində) yalnız zənn gümana malikdirlər.
Kövsər Tağıyev:
Bunların bir ümmi2 olanları var: Kitabı (Tövratı) bilməzlər. Onların bütün bildikləri bir sıra xam xəyallardır. Onlar ancaq zənn edirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan elə nadanları da vardır ki, Kitabı (Tövratı) ancaq eşitdikləri qədər bilirlər. Onlar ancaq zənnə qapılırlar.
Sabirə Dünyamalıyeva:
Onlardan bəziləri də, yersiz düşüncələrdən başqa Kitabı bilməyən, yazıb-oxumaq bilməyən/necə doğulmuşdularsa eləcə qalan kəslərdir. Onlar, yalnız zənnə qapılırlar.