Ənbiya Surəsi 78. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Davudu Süleymanı da (yada sal!) Bir zaman onlar özgə adamların qoyunlarının girib zay elədiyi bir əkin sahəsi barəsində hökm vermişdilər. Biz onların hökmünə şahid idik.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Davudu Süleymanı da (yad et)! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər Biz onların hökmünə şahid idik.
Elmir Quliyev :
Помяни также Давуда (Давида) и Сулеймана (Соломона), которые судили о ниве, потравленной ночью чужими овцами. Мы были Свидетелями их суда.
Ələddin Sultanov:
Davudu Süleymanı da (yad et)! Bir zaman onlar bir əkin sahəsi barəsində hökm verirdilər. Belə ki, bəzi adamların qoyunları gecə vaxtı başıboş bir halda ora girib ziyan vermişdi. Biz onların hökmünə şahid idik. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, əkin sahəsinin sahibi ilə qoyun sürüsünün sahibləri arasındakı mübahisədə Həzrət Davud Həzrət Süleyman bir-birindən fərqli hökm vermişdilər. Həzrət Davud ziyan vurulmuş əkin sahəsinin dəyərinin, qoyunların qiymətinə bərabər olduğunu bildirərək qoyunların təzminat olaraq əkin sahəsinin sahibinə verilməsinə hökm vermişdi. Oğlu Həzrət Süleyman isə, əkin sahəsinin qoyunların sahiblərinə verilməsinə onların bu əkin sahəsini əvvəlki vəziyyətinə gətirmələrinə hökm vermişdi. Qoyunlar da əkin sahəsinin sahibinə verilməli əkin sahəsi əvvəlki halına düşənə qədər qoyunların südündən, yunundan quzularından faydalanmalı idi. Həzrət Davud oğlunun bu hökmünü bəyənmiş özünün verdiyi hökmü ləğv etmişdi.)
Kerbelayi Malik ağa:
Davud (ə.s) Süleyman (ə.s), bir tayfanın qoyunlarının bir gecə otlayıb zay etdiyi əkin sahəsi haqqında hökm verirdilər. Biz onların hökmünə şahid idik.
Ələsgər Musayev:
Davuda Süleymana, onda hökm edirdilər tarla haqqında, hansı ki, qoumun davarları ziyan verdilər ora olduq Biz hökmlərində onların şahidlər
A.Mehdiyev və D.Cəfərli:
Davudu (onun oğlu) Süleymanı onlar bir tayfanın qoyunlarının gecə vaxtı (və çobansız) səpələn(ərək bütün salxım yarpaqları ye)diyi əkin yeri (yaxud üzüm bağı) barəsində hökm çıxardıqları zamanı (yada sal)! (Onlar bu məsələnin hökmü barəsində məsləhətləşirdilər. Qədim adətə görə həmin qoyunlar bağa dəymiş xəsarətə görə bağ sahibinə çatırdı.) Biz onların (bütün keçmiş peyğəmbərlərin) hökm çıxarmalarında iştirak edir hökmlərinə şahid idik.
Kövsər Tağıyev:
Davud ilə Süleymanı da xatırla! Bir dəfə onlar bir əkin tarlası haqqında hökm verirdilər. Çünki bir tayfanın qoyunları həmin əkin yerinə girmişdi. Biz onların hökmünə şahid olmuşduq.
M.Qənioğlu və T.Bilaloğlu:
Davudu da, Süleymanı da (yada sal). O zaman onlar adamların qoyun sürüsünün girib korladığı əkin sahəsi barəsində hökm vermişdilər. Onların bu hökmünə Biz şahid idik.
Sabirə Dünyamalıyeva:
Davud Süleymanı da; bir vaxt onlar, bir tayfanın qoyunlarının, gecə vaxtı içinə yayıldığı əkin sahəsi haqqında hökm verirdilər. Biz də, cəmiyyətin qanunlarının olduğunu bilirdik.