Ali-İmran Surəsi 78. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlardan elə bir dəstə vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah qatındandır!”– deyirlər. Halbuki o, Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar.
Bünyadov-Məmmədəliyev:
(Ey müsəlmanlar!) Onlardan (kitab əhlindən) bir zümrə vardır ki, siz onların oxuduqlarını (Tövratdan) hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə əyirlər (bükürlər). Halbuki onların bu oxuduqları kitabdan (Tövratdan) deyildir. Onlar isə: “Bunlar Allah tərəfindəndir”, -dedilər. Bunlar isə heç Allah tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda, “Bu, Allah dərgahındandır”, - deyirlər. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
Elmir Quliyev :
Среди них есть такие, которые искажают Писание своими языками, чтобы вы приняли за Писание то, что не относится к нему. Они говорят: "Это от Аллаха". А ведь это вовсе не от Аллаха! Они сознательно возводят навет на Аллаха.
Ələddin Sultanov:
Onlardan (kitab əhlindən) bir dəstə kitabı (Tövratı) oxuyarkən dillərini əyib-bükərlər ki, onu (oxuduqlarını) kitabdan hesab edəsiniz. Halbuki, o (oxuduqları), kitabdan deyildir. Onlar, oxuduqlarının Allah dərgahından olduğunu deyərlər. Halbuki o, Allah dərgahından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, onlardan (Əhli Kitabdan) bir dəstə mütləq onu (oxuduqlarını) kitabdan hesab edəsiniz deyə kitabı oxuyarkən dillərini əyib bükərlər, halbuki o kitabdan deyil. O, Allahın dərgahından olmadığı halda: ‘O, Allahın dərgahındandır.’ deyərlər. Onlar Allaha qarşı bilərək yalan danışırlar.
Ələsgər Musayev:
Həqiqətən, onlardan firqə var ki, qiraət etdikdə kitabı əyirlər dillərini ki, hesab edəsiniz onu kitabdan bir halda ki, o, kitabdan deyil deyirlər: «Bu, Allah yanındandır!» o isə deyil Allah yanından. deyirlər üzərinə Allahın yalanı bir haldakı bilirlər!
A.Mehdiyev və D.Cəfərli:
V? ?lb?tt?, onlardan (y?hudil?rd?n) el? bir d?st? vard?r ki, kitab? (t?hrif olunmus Tovrat?) oxuyark?n sizin onun s?mavi kitabdan olmas?n? guman etm?yiniz ucun oz dill?rini (m?har?tl?) bukurl?r, halbuki o, s?mavi kitabdan deyildir. V? o, Allah t?r?find?n olmad?g? halda deyirl?r: «O, Allah t?r?find?ndir». Bil?r?kd?n Allaha yalan nisb?t verirl?r.
Kövsər Tağıyev:
Onlardan (Kitab əhlindən) bir dəstə var ki, Kitabdan olmadığı halda Kitabdan zənn edəsiniz deyə (oxuduqları) Kitabdanmış kimi dillərini əyib bükürlər və: “Bu Allah qatındandır”, deyirlər. Halbuki o, Allah qatından deyil. Bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan bir dəstə vardır ki, siz onun [təhrifin] Kitabdan olduğunu biləsiniz deyə dillərini əyərək Kitabı təhrif edə-edə oxuyurlar. Halbuki, o Kitabdan deyildir. Onlar deyirlər: “Bu, Allah tərəfindəndir.” Halbuki o, Allah tərəfindən deyildir. Onlar bilərəkdən Allaha böhtan deyirlər.
Sabirə Dünyamalıyeva:
Kitab əhlindən ağılsız, sərsəri bir dəstə var ki, bəzi sözlər prinsiplər kitabdan olmadığı halda siz onu kitabdan zənn edəsiniz deyə, dillərini kitaba doğru əyib-bükürlər. O, Allah dərgahından olmadığı halda, "Bu, Allah tərəfindəndir!" deyirlər. Özləri bilə-bilə Allaha qarşı yalan da söyləyirlər.