Saffat Surəsi 78. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra gələnlər arasında onun üçün (gözəl xatirə) qoyduq;
Bünyadov-Məmmədəliyev:
Sonralar gələnlər içərisində onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
Elmir Quliyev :
Мы оставили о нем в последующих поколениях добрую молву.
Ələddin Sultanov:
Onun şan-şərəfini sonrakı nəsillər arasında da saxladıq.
Kerbelayi Malik ağa:
Sonrakılar arasında Onu (şərəfli bir xatirə) etdik.
Ələsgər Musayev:
Tərk etdik üzərinə onun axırdakılarda:
A.Mehdiyev və D.Cəfərli:
sonrakı ümmətlər arasında ondan (tövhidə çağırış, şirk ilə mübarizə mücahidi, ilk kitab şəriət sahibi olmaq kimi) gözəl ad qoyduq.
Kövsər Tağıyev:
Sonradan gələnlər arasında ona gözəl bir ad qoyduq.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra gələnlər arasında onun üçün (gözəl ad) qoyduq ki,
Sabirə Dünyamalıyeva:
Biz sonradan gələnlər arasında onun barəsində həmişə qalacaq [xeyirlə xatırlanacaq, nümunə götürüləcək] bir söz qoyduq.