Ənam Surəsi 78. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Doğan günəşi gördükdə: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!”– dedi. O batdıqda isə dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam!
Bünyadov-Məmmədəliyev:
(Daha sonra) doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cisimlərindən) uzağam!
Elmir Quliyev :
Когда он увидел восходящее солнце, то сказал: "Вот мой Господь! Оно больше других". Когда же оно зашло, он сказал: мой народ! Я непричастен к тому, что вы приобщаете в сотоварищи.
Ələddin Sultanov:
Günəşi doğarkən görən zaman isə: “Bu mənim Rəbbimdir. Bu daha böyükdür”, - dedi. Ancaq o da batdığı zaman belə dedi: “Ey qövmüm, mən həqiqətən, sizin (Allaha) şərik qoşduğunuz şeylərdən uzağam.
Kerbelayi Malik ağa:
Günəşi doğularkən gördükdə: ‘Bu mənim Rəbbimdir, bu daha böyükdür.’ dedi. Lakin batdıqda isə: ‘Ey qövmüm mən sizin ortaq qoşduğunuz şeylərdən uzağam.’ dedi.
Ələsgər Musayev:
Amma elə ki, şəmsi parlaq gördü, dedi: «Bu, mənim Rəbbimdir. Bu, daha böyükdür!» Amma elə ki, batdı, dedi: «Ay qoumum! Həqiqətən, mən uzağam ondan ki, Ona şərik qərar verirsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Elə ki, günəşi çıxan (üfüqlərə) işıq saçan halda gördü, dedi: «Bu mənim Rəbbimdir, bu daha böyükdür!» (Günəş) batanda isə dedi: «Ey mənim qövmüm, həqiqətən mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam.»
Kövsər Tağıyev:
Günəşi doğarkən gördükdə isə: “Budur mənim Rəbbim! Bu daha böyükdür”, dedi. O da batdığı zaman (qövmünə üz tutub): “Ey qövmüm! Mən sizin Allaha şərik qoşduğunuz şeylərdən uzağam”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Günəşin çıxdığını görüncə: “Bu, mənim Rəbbimdir, bu, daha böyükdür!" - dedi. Batanda isə dedi: "Ey camaatım! Sizin (Ona) şərik qoşmağınızdan mən uzağam
Sabirə Dünyamalıyeva:
Sonra günəşin doğduğunu görüb: "Bu mənim Rəbbimdir, bu daha böyük!dür" dedi. Sonra o da batdıqda: "Ey qövmüm! Şübhəsiz ki, mən sizin şərik qoşduqlarınızdan uzağam.