Əlixan Musayev:
Məgər anlamırdılar ki, Allah onların sirlərindən də, xəlvəti danışıqlarından da agahdır və Allah qeybləri biləndir?
Bünyadov-Məmmədəliyev:
Məgər (o münafiqlər) bilmirdilər ki, Allah onların (ürəklərindəki) sirlərini də bilir, gizli danışıqlarını da. Və Allah qeybləri (gizli şeyləri) çox gözəl biləndir?!
Elmir Quliyev
:
Разве они не знали, что Аллаху известны их секреты и тайные беседы и что Аллах является Ведающим сокровенное?
Ələddin Sultanov:
Məgər (münafiqlər) bilmirlərmi ki, Allah onların sirlərini də, pıçıltılarını da, qeybi (gizli şeyləri) də çox yaxşı bilir?!
Kerbelayi Malik ağa:
Allahın onların sirlərini və pıçıldaşmalarını bildiyini bilmirlərmi? Şübhəsiz ki, Allah qeybdə olanları çox yaxşı bilir.
Ələsgər Musayev:
Ə, bilmirlər ki,
Allah onların sirlərini və gizli danışıqlarını bilir və həqiqətən,
Allah qeybə Alimdir?!
A.Mehdiyev və D.Cəfərli:
Məgər Allahın onların sirlərini və pıçıltılarını bilməsini, eləcə də Allahın bütün qeybləri və gizlinləri tam bilən olmasını bilmirdilər?
Kövsər Tağıyev:
İçlərində gizlədiklərini və pıçıltılarını Allahın bildiyini və Allahın qeybləri çox yaxşı bilən olduğunu bilmədilərmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər bilmirdilər ki, Allah onların sirrini də, gizli pıçıldaşmalarını da bilir və Allah bütün qeyblərdən xəbərdardır?
Sabirə Dünyamalıyeva:
onları məsxərəyə qoyan kəslərin sirlərini və pıçıltılarını [gizli danışıqlarını] Allah şübhəsiz bilir və şübhəsiz, Allah bütün bilinməyənlərin çox yaxşı bilicisidir?