Əlixan Musayev:
Onlar dedilər: “Bilirsən ki, sənin qızlarına heç bir ehtiyacımız yoxdur. Nə istədiyimizi də yəqin ki, bilirsən”.
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Sənin qızlarına heç bir rəğbətimiz (və ya ehtiyacımız) olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!”
Elmir Quliyev
:
Они сказали: "Ты знаешь, что нам не нужны твои дочери. Тебе известно, чего мы хотим".
Ələddin Sultanov:
Onlar: “Sənin qızlarına ehtiyacımız olmadığını bilirsən. Bizim nə istədiyimizi sən yaxşı bilirsən”, - dedilər.
Kerbelayi Malik ağa:
‘And olsun ki, sənin də bildiyin (kimi) qızların barəsində bir haqqımız (istəyimiz) yoxdur. Şübhəsiz ki, sən bizim nə istədiyimizi (məqsədimizi) əlbəttə bilirsən.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Əlbəttə, bilirsən ki, sənin
qızlarında gözümüz yoxdur və bilirsən ki, biz nə istəyirik».
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Sən yaxşı bilirsən ki, bizim sənin qızların barəsində bir haqqımız (onlara rəğbətimiz və ehtiyacımız) yoxdur. Və əlbəttə, sən bizim nə istədiyimizi yaxşı bilirsən».
Kövsər Tağıyev:
Onlar: “Yaxşı bilirsən ki, qızlarında gözümüz yoxdur. Sən bizim nə istədiyimizi çox yaxşı bilirsən”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Sən bilirsən ki, sənin qızlarına bizim bir ehtiyacımız yoxdur. Sən axı bilirsən biz nə istəyirik".
Sabirə Dünyamalıyeva:
Onlar: "Heç şübhəsiz ki, sən bilirsən ki, bizim sənin qızlarında hər hansı bir haqqımız yoxdur. Və şübhəsiz ki, sən bizim nə istədiyimizi yaxşı bilirsən." dedilər.