Hicr Surəsi 79. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlardan da intiqam aldıq. Hər iki kənd aydın görünən yol üzərində yerləşirdi.
Bünyadov-Məmmədəliyev:
(Göydən od göndərib) onlardan da intiqam aldıq. Hər iki şəhər (Sədum Əykənin qalıqları) açıq-aşkar göz qabağındadır, (Məkkə müşrikləri onlara baxıb niyə ibrət almırlar).
Elmir Quliyev :
Мы отомстили им. Воистину, оба эти поселения находились на ясной дороге.
Ələddin Sultanov:
Biz onlardan da intiqam aldıq. Şübhəsiz, ikisi (Əykə Mədyən) görünən bir yol üstündədir.
Kerbelayi Malik ağa:
Bu səbəblə onlardan da intiqam aldıq şübhəsiz ki, ikisi (iki şəhər də) həqiqətən gələcək nəsillərə açıq-aşkar ibrətdir.
Ələsgər Musayev:
Biz onlardan intiqam aldıq onlar hər ikisi aşkar rəhbərlər idi.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, Biz onlardan intiqam aldıq. (Hud surəsinin 94-cü ayəsinə müraciət edin.) əlbəttə, o ikisi (Lut Şüeybin qövmlərinin məskənləri) açıq-aşkar yol üstündədir.
Kövsər Tağıyev:
Onlardan da intiqam aldıq. İkisi (Lut qövmünün yaşadığı Sodom ilə Şüeyb qövmünün yaşadığı Əykə) işlək bir yolun üstündə idilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlardan intiqam aldıq. Onların ikisi [Lut Eykə şəhərləri] aydın görünən yol üstündədirlər.
Sabirə Dünyamalıyeva:
Biz onlardan intiqam aldıq/tutub cəzalandırmaq surətiylə ədaləti yerinə yetirdik. İkisi də; Əykə Lut qövmü açıq bir yol üstündədir.