Əlixan Musayev:
Gecənin bir vaxtı oyanıb ancaq sənə məxsus (təhəccüd) namazı qıl. Mümkündür ki, (buna görə) Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!
Elmir Quliyev
:
Бодрствуй часть ночи, читая Коран во время дополнительных намазов. Быть может, Господь твой возведет тебя на Достохвальное место.
Ələddin Sultanov:
Gecənin bir vaxtı oyanıb sənə xas olan əlavə namazı (təhəccüd namazını) qıl! Ola bilsin ki, Rəbbin səni tərifə layiq bir məqama ucaltsın.
Kerbelayi Malik ağa:
Gecənin bir qismində oyan və sənə məxsus nafilə olaraq Quranla təhəccüd namazı qıl! Rəbbin səni Məqamı Mahmuda yüksəltsin.
Ələsgər Musayev:
Gecələr çalış onda özün üçün könüllü olaraq, ola bilsin ki,
qaldırsın səni Rəbbin təriflənən məqama!
A.Mehdiyev və D.Cəfərli:
Və gecənin bir hissəsini onun üçün – (yalnız) sənə əlavə bir vəzifə olan (Qur’an oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın.
Kövsər Tağıyev:
Gecənin bir hissəsində də oyanaraq sənə məxsus əlavə bir ibadət olan təhəccüd namazı qıl ki, Rəbbin səni Məqami-Mahmuda çatdırsın.
M.Qənioğlu və T.Bilaloğlu:
Gecə vaxtı durub özün üçün əlavə təhəccüd namazı qıl ki, bəlkə Rəbbin səni layiqli bir məqama yetirə.
Sabirə Dünyamalıyeva:
Və gecələr də. Bundan başqa, sənə xas bir əlavə olaraq sən, gecələr oyanıb səlatı tətbiq et! Ümid edilir ki, Rəbbin, səni gözəl bir məqama çatdırsın.