Əlixan Musayev:
Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir (yararlı) gəmini zorla ələ keçirən hökmdarın olması idi.
Bünyadov-Məmmədəliyev:
Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında (yaxud qabağında) hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi.
Elmir Quliyev
:
Что касается корабля, то он принадлежал беднякам, которые трудились в море. Я захотел повредить его, потому что перед ними находился царь, который силой отнимал все неповрежденные корабли.
Ələddin Sultanov:
Gəmiyə gəldikdə, o, dənizdə işləyən yoxsul kimsələrə məxsus idi. Mən də onu qüsurlu vəziyyətə salmaq istədim. Çünki orada bütün (qüsursuz) gəmiləri qəsb edən bir kral var idi.
Kerbelayi Malik ağa:
Belə ki, gəmi dənizdə çalışan kasıbların idi. Onu qüsurlu etmək istədim. Çünki onların önündə bütün gəmiləri zorla ələ keçirən bir hökmdar vardı.
Ələsgər Musayev:
Amma o gəmi dəryada əməl edən neçə nəfər miskinin idi
ki, mən onu istədim xarab edəm, çünki onların ardında bir
məlik var idi ki, külli gəmiləri tutub qəsb edirdi.
A.Mehdiyev və D.Cəfərli:
Gəmiyə gəldikdə: O, dənizdə işləyən yoxsulların idi. Mən onu nöqsanlı etmək istədim, çünki onların yolunun üstündə bütün (salamat) gəmiləri zorla ələ keçirən bir padşah var idi.
Kövsər Tağıyev:
“O gəmi dənizdə işləyən bir dəstə yoxsula aid idi. Ona xətər yetirmək istədim, çünki onlardan irəlidə hər gəmini zorla ələ keçirən bir kral var idi”.
M.Qənioğlu və T.Bilaloğlu:
Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlarınkı idi. Mən onu korlamaq istədim, çünki oralarda bütün gəmiləri zorla qəsb edən bir hökmdar var idi.
Sabirə Dünyamalıyeva:
Gəmi hadisəsinə gəlincə; o, dənizdə işləyən bəzi yoxsulların idi. O səbəblə mən onu qüsurlu hala gətirmək istədim. Yaxınlıqda bütün gözəl, möhkəm gəmiləri qəsb edib alan bir kral vardı.