Əlixan Musayev:
Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq.
Bünyadov-Məmmədəliyev:
Xeyr, onun dediklərini (əməl dəftərinə) yazacaq, əzabını artırdıqca artıracağıq.
Elmir Quliyev
:
Нет! Мы запишем его слова и увеличим его мучения.
Ələddin Sultanov:
Əsla! Biz onun söylədiklərini yazacaq və əzabını uzatdıqca uzadacağıq.
Kerbelayi Malik ağa:
Xeyr, elə deyil! Onun söylədiklərini yazacağıq. Onun əzabını uzatdıqca uzadacağıq.
Ələsgər Musayev:
Belə deyil!
Yazarıq nə ki, deyirlər və onun müddətinə əzabdan müddət
artırarıq!
A.Mehdiyev və D.Cəfərli:
Belə deyil! Tezliklə onun dediklərini yazacağıq (yaxud yazdıqlarımızı ona təqdim edəcəyik və ya onları onun barəsində həyata keçirəcəyik) və onun üçün (axirət) əzabı(nı) sonsuz şəkildə uzadacağıq.
Kövsər Tağıyev:
Xeyr! (İş onun dediyi kimi deyil). Biz onun söylədiklərini yazacağıq və əzabını artırdıqca artıracağıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Əsla yoxl Biz onun dediklərini yazarıq və ona uzun-uzadı əzab verərik.
Sabirə Dünyamalıyeva:
Qətiyyən onun zənn elədiyi kimi deyil! Biz onun söylədiyi şeyləri yazarıq və onun üçün, əzabdan elə hey uzadarıq.