Əlixan Musayev:
Sizi yer üzündə yerləşdirən Odur. Siz Onun hüzuruna toplanılacaqsınız.
Bünyadov-Məmmədəliyev:
Sizləri yer üzündə yaradıb törədən (yer üzünə yayıb səpələyən) Odur. Siz (qiyamət günü) Onun hüzuruna cəm ediləcəksiniz.
Elmir Quliyev
:
Он — Тот, Кто расселил вас по земле, и к Нему вы будете собраны.
Ələddin Sultanov:
Sizləri yer üzündə xəlq edən Odur. Siz (yenidən dirilib) Onun hüzuruna toplaşacaqsınız.
Kerbelayi Malik ağa:
Sizi yer üzündə yaradıb çoxaldan, yayan Odur. Ona həşr olunacaqsınız.
Ələsgər Musayev:
O – Odur ki, sizi ərzdə
səpələdi və Ona tərəf toplanacaqsınız.
A.Mehdiyev və D.Cəfərli:
Sizi yer üzündə (onun tərkibindəki maddələrdən) yaradan Odur və (yer üzündə torpağa çevrildikdən sonra bir daha Qiyamətdə) Ona tərəf toplanılacaqsınız.
Kövsər Tağıyev:
O, sizi yer üzündə yaradıb törədəndir. Sadəcə onun hüzurunda toplanacaqsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizi yer üzünə səpələyən Odur. Siz Onun hüzuruna da toplanacaqsınız.
Sabirə Dünyamalıyeva:
Və Allah, sizi yer üzündə törədib əmələ gətirəndir. Və yalnız Onun [hüzuruna] cəm ediləcəksiniz.