Əlixan Musayev:
(Qarun) öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”.
Bünyadov-Məmmədəliyev:
(Bir gün Qarun) faxir libas geyib öz zinəti (ehtişamı) içində (dörd min vəznəli-çuxalı əyanın, qızıl-gümüş yəhərli atların müşayiətilə) qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: “Kaş ki, Qaruna verilən (dövlət) bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt (qismət) sahibidir!”
Elmir Quliyev
:
Он вышел к своему народу в своих украшениях. Те, которые желали мирской жизни, сказали: "Вот если бы у нас было то, что даровано Каруну (Корею)! Воистину, он обладает великой долей".
Ələddin Sultanov:
Beləliklə, (Qarun) öz ehtişamı ilə qövmünün qarşısına çıxdı. Dünya həyatını arzulayanlar: “Kaş Qaruna verilənlərin eynisi bizə də veriləydi. O, çox bəxtəvərdir”, - dedilər.
Kerbelayi Malik ağa:
Beləcə zinəti ilə (böyük bir ehtişam ilə) qövmünün qarşısına çıxdı. Dünya həyatını istəyənlər: ‘Kaş ki Qaruna verilənlər qədər bizim də olsaydı. Şübhəsiz ki, o həqiqətən ən böyük həzzin sahibidir.’ dedilər.
Ələsgər Musayev:
C?xd? oz qoumunun b?rab?rin? oz zin?tind?. Dedi o k?sl?r ki, dunya h?yat?n? ist?yirdil?r: «Ay kas, Qaruna veril?nin misli bizim ucun olsayd?! H?qiq?t?n, o, ?z?m?tli l?zz?t v? h?zz sahibidir!»
A.Mehdiyev və D.Cəfərli:
(Bir gün Qarun) şəxsi zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünya həyatını istəyənlər dedilər: «Kaş Qaruna verilən qazanc bizə də veriləydi! Həqiqətən, o (dünyada) böyük bir qazanc sahibidir».
Kövsər Tağıyev:
Qarun öz zinəti və ehtişamı içərisində qövmünün qarşısına çıxdı. Dünya həyatını arzu edənlər: “Kaş Qaruna verilən (sərvət) kimi bizim də (sərvətimiz) olaydı. Həqiqətən, o, böyük bir sərvət sahibidir”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
O, bəzək-düzəyi içərisində tayfasının qarşısına çıxdı. Bu dünya həyatını istəyənlər dedilər: "Kaş Qaruna əta olunanlara bənzəri bizim də olaydı! O, doğrudan da böyük bəxt sahibidir."
Sabirə Dünyamalıyeva:
Bir vaxt Qarun, zinət və ehtişam içində qövmünün qarşısına çıxdı. Dünya həyatını istəyən kəslər, "Kaş ki, Qaruna verilən bizə də verilsəydi! Şübhəsiz ki, o Qarunun çox böyük bir qisməti var" dedilər.