Yasin Surəsi 79. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!
Elmir Quliyev :
Скажи: "Оживит их Тот, Кто создал их в первый раз. Он ведает о всяком творении".
Ələddin Sultanov:
De ki: “Onları ilk dəfə yaradan dirildəcəkdir. O, hər cür yaratmağı yaxşı bilir”.
Kerbelayi Malik ağa:
De ki: ‘Onu ilk dəfə inşa edən (Yaradan) ona həyat verəcək. O, bütün yaradışları Ən Yaxşı Biləndir.’
Ələsgər Musayev:
De: «Onlara həyat verər o kəs ki, inşa etdi onları əvvəl dəfədə O küllisi ilə xəlqin Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
De: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir».
Kövsər Tağıyev:
Bir öz yaradılışını unudaraq bizə bir misal gətirdi. Dedi ki: “Çürümüş olduqları halda sümükləri kim dirildəcək?”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Onları ilk dəfə yaradan (Allah) onları cana gətirəcəkdir. O, bütün məxluqat haqqında (hər şeyi) bilir.
Sabirə Dünyamalıyeva:
De ki: "Onları ilk dəfə yaradan, onları dirildəcəkdir. O, hər yaratmağı çox yaxşı biləndir.