Əlixan Musayev:
Sənə gələn yaxşılıq Allah-dandır, sənin başına gələn bəla isə sənin özündəndir. Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah kifayət edər.
Bünyadov-Məmmədəliyev:
(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. (Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər.
Elmir Quliyev
:
Все хорошее, что случается с тобой, — от Аллаха. А все плохое, что случается с тобой, — от тебя самого. Мы отправили тебя посланником для людей. Довольно того, что Аллах является Свидетелем.
Ələddin Sultanov:
Sənə gələn hər bir yaxşılıq Allahdandır, başına gələn hər bir pislik isə özündəndir. (Ey Rəsulum!) Səni insanlara elçi (peyğəmbər) olaraq göndərdik. (Buna) şahid olaraq Allah yetər.
Kerbelayi Malik ağa:
Sənə yaxşılıqdan (həsənədən) nə yetişərsə, o Allahdandır. Sənə pislikdən (seyyiatdan) nə yetişərsə, o təqdirdə o, öz nəfsindəndir. Səni insanlara Rəsul olaraq göndərdik və şahid olaraq Allah kifayət edər.
Ələsgər Musayev:
Nə ki, isbat edə sənə
yaxşıdan, Allahdandır və nə ki, isbat edə sənə pislikdən, öz
nəfsindəndir. Göndərdik Biz səni insanlar üçün rəsul. Və
kifayətdir Allah ilə Şahidlik!
A.Mehdiyev və D.Cəfərli:
(Ey insan,) sənə yetişən hər hansı bir yaxşılıq Allah tərəfindəndir (onun səbəbi Allahın rəhmətidir) və sənə yetişən hər hansı bir pislik sənin öz tərəfindəndir (onun səbəbi sənin günahlarındır). (Ey Peyğəmbər,) Biz səni insanlara elçi olaraq göndərdik. Allahın (sənin peyğəmbərliyinə) şahid olması kifayətdir.
Kövsər Tağıyev:
Sənə nə yaxşılıq gəlsə, Allahdandır. Sənə nə pislik gəlsə, özündəndir. (Ey Muhamməd!) Səni insanlara bir peyğəmbər olaraq göndərdik. Şahid olaraq Allah yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənə gələn hər bir xeyir iş Allahdandır. Sənə üz verən hər bir pislik isə sənin özündəndir. Biz səni insanlara bir peyğəmbər göndərdik. Allah bir şahid olaraq kifayətdir.
Sabirə Dünyamalıyeva:
Sənə üz verən yaxşılıq-gözəlliklər Allahdandır. Sənə üz verən pisliklər isə sənin özündəndir. Və Biz səni insanlara bir elçi olaraq göndərdik. Yaxşı bir şahid olaraq da Allah bəs edər.