Mömin Surəsi 79. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bəzilərini minəsiniz, bəzilərindən yeyəsiniz deyə, heyvanları sizin üçün yaradan Allahdır.
Bünyadov-Məmmədəliyev:
Sizin üçün minməyə heyvanlar yaradan Allahdır. Onlardan yedikləriniz var.
Elmir Quliyev :
Аллах Тот, Кто создал для вас скотину, чтобы на некоторых из них вы ездили верхом, а другими питались.
Ələddin Sultanov:
Bəzilərinə minəsiniz, bəzilərini yeyəsiniz deyə heyvanları sizin üçün yaradan Allahdır.
Kerbelayi Malik ağa:
O Allah ki, sizin üçün heyvanlar yaratdı: ‘Onun üzərinə minin onun ətindən yeyin’.
Ələsgər Musayev:
Allah Odur ki, etdi sizin üçün davarları, ondan ötrü ki, onlara süvar olasınız onlardan yeyəsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Allah bəzisinə minəsiniz deyə heyvanları sizin üçün yaradandır (və onları sizə ram edəndir). Siz onlardan (onların ətindən) yeyirsiniz (də)!
Kövsər Tağıyev:
Allah, bəzisini minəsiniz, bəzisini isə yeyəsiniz deyə sizin üçün heyvanları yaradandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah sizin üçün heyvanları yaratdı ki, bəzisini minəsiniz, digərinin (ətindən) yeyəsiniz
Sabirə Dünyamalıyeva:
Allah, onlardan bir qisminə minəsiniz deyə sizin üçün heyvanları yaradan, nizamlayandır. Onların bir qisimindən yeyirsiniz.