Əlixan Musayev:
Yoxsa (müşriklər) işə qəti qərarmı verdilər? Əslində, qəti qərarı Biz veririk.
Bünyadov-Məmmədəliyev:
Yoxsa onlar (Peyğəmbərə hiylə qurmaqla) düzgün iş görmüşdülər?! Elə isə Biz də (onlara əzab verməklə) düzgün iş görürük!
Elmir Quliyev
:
Приняли ли язычники окончательное решение? Мы уже приняли окончательное решение.
Ələddin Sultanov:
Yoxsa onlar bir işə (peyğəmbərin qətlinə) qərar veriblər?! Şübhəsiz, Biz də Öz qərarımızı vermişik.
Kerbelayi Malik ağa:
Yoxsa onlar sağlam qərar verdilər? Şübhəsiz ki, əsl sağlam qərar verən Bizik.
Ələsgər Musayev:
Yoxsa əmrlərində
bir işmi icad etdilər? Həqiqətən, Biz də icad edirik.
A.Mehdiyev və D.Cəfərli:
Hətta (haqqa qarşı hiylə işlətməyi və ona qarşı çıxmağı) daha da artırdılar, Biz də (onlara qarşı hiylə və qəzəbi) artırdıq.
Kövsər Tağıyev:
Yoxsa (haqqı qəbul etməməkdə) bir işə qəti qərar verdilər? Şübhəsiz, biz də (onları cəzalandırmaqda) qərarlıyıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa onlar hər hansı bir iş barəsində hökmmü verdilər? Şübhəsiz, qəti hökmü Biz veririk.
Sabirə Dünyamalıyeva:
Yoxsa onlar [öz] işlərini möhkəm tutmuşdular/təminat altına almışdılar? Bax Biz, şübhəsiz, möhkəm iş tutanıq.