Tövbə Surəsi 79. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Möminlərdən könüllü su-rətdə sədəqə verənlərə çətin-liklə tapdıqlarını verənlərə eyib tutanları, onları məsxərəyə qoyanları, Allah məsxərəyə qoyacaqdır. Onları sarsıdıcı bir əzab gözləyir.
Bünyadov-Məmmədəliyev:
Könüllü surətdə (bollu) sədəqə verən möminlərə tənə edənləri güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!
Elmir Quliyev :
Они поносят тех, кто раздает добровольные пожертвования, и тех, кто с трудом находит средства для пожертвований. Они глумятся над ними, а Аллах поглумится над ними. Им уготованы мучительные страдания.
Ələddin Sultanov:
Könüllü surətdə sədəqə verən möminləri ayıblayan çətinliklə əldə etdiklərini sədəqə verənləri məsxərəyə qoyanlara gəldikdə, Allah da onları məsxərəyə qoymuşdur. Onlar üçün acı bir əzab vardır.
Kerbelayi Malik ağa:
Onlar (o kimsələr) möminlərdən zəngin olanlara (könüllü olaraq çox zəkat verənləri) cəhdlərindən (əmək səylərindən) başqa bir şey tapa bilməyənlərə (zəkat verə bilməyən kasıb möminlərə) sədəqə barəsində irad tutarlar. Beləcə onlarla istehza edirlər. Allah da onlarla istehza etdi. Onlar üçün ağrılı-acılı əzab vardır.
Ələsgər Musayev:
O kəslər ki, irad tuturlar inananlardan sədəqə verənlərə o kəslərə ki, az mallarından imkanları qədər sədəqə verirlər onlara da istehza edirlər - Allah da onları məsxərə edər onlar üçün ələmli əzab var!
A.Mehdiyev və D.Cəfərli:
Rəğbətlə sədəqə verən müstəhəb sədəqələr ödəyən möminlərə (Allah yolunda xərcləmək üçün) yalnız imkanları miqdarında tapanlara sədəqələri barədə irad tutanları (varlı yoxsul möminlərə sədəqə vermələrinə görə tənə vuranları) onlara məsxərə edənləri Allah məsxərə edir onlar üçün ağrılı bir əzab olacaqdır.
Kövsər Tağıyev:
Könüllü sədəqə verən möminlərlə güclərinin yetdiyindən başqasını tapa bilməyənləri məsxərəyə qoyanlar ki var, Allah əslində onları gülünc vəziyyətə salmışdır. Onlar üçün ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Möminlərdən könüllü sədəqə verənlərə yalnız öz gücləri çatanı verənlərə eyib tutanları onları ələ salanları Allah da məsxərəyə qoyacaq. Onlar üçün üzücü əzab vardır!
Sabirə Dünyamalıyeva:
Onlar bilmirlərmi ki, möminlərdən könüllü surətdə sədəqə verənlərə güclərinin çatdığından artığını tapa bilməyənlərə dil uzadan, sonra Allah, onları məsxərəyə çevirmişdir. onlar üçün çox ağrılı-acılı bir əzab var.