Əlixan Musayev:
məhz onların qazandıqları (günahlara) görə sığınacaqları yer Oddur.
Bünyadov-Məmmədəliyev:
Məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!
Elmir Quliyev
:
пристанищем будет Огонь за то, что они приобретали.
Ələddin Sultanov:
Qazandıqları (günahlar) səbəbilə onların sığınacaqları yer cəhənnəmdir.
Kerbelayi Malik ağa:
Onların qazandıqlarına görə gedəcəyi yer atəşdir (cəhənnəmdir).
Ələsgər Musayev:
həmin onların yeri oddur, nə ilə ki, oldular kəsblilər!
A.Mehdiyev və D.Cəfərli:
onların qalacaqları yer qazandıqlarının (qəlbləri ilə qazandıqları nalayiq əqidələrin və əlləri ilə qazandıqları günahların) cəzası olaraq oddur.
Kövsər Tağıyev:
onların qazandıqları günahlar ucbatından gedəcəkləri yer cəhənnəm atəşidir.
M.Qənioğlu və T.Bilaloğlu:
bunların qazandıqlarına görə sığınacaqları cəhənnəm odudur!
Sabirə Dünyamalıyeva:
və Bizim ayələrimizə/işarətlərimizə/nişanələrimizə qarşı laqeyd olan, qafil olan kəslər; bax bunlar var ha, öz əlləri ilə işlədikləri əməllərə görə atəşə gedənlərdir.