Yusif Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir vaxt (onun qardaşları) dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusuf onun (doğma) qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir.
Bünyadov-Məmmədəliyev:
Bir zaman (Yusifin qardaşları öz aralarında) belə demişdilər: “Biz (bir-birimizə bağlı, sayca çox, güclü) bir dəstə olduğumuz halda, Yusif onun (atabir-anabir) qardaşı (Bin Yamin) atamıza daha əzizdirlər. Həqiqətən, atamız açıq-aşkar səhv edir!”
Elmir Quliyev :
Вот они сказали: "Отец любит Йусуфа (Иосифа) и его брата больше, чем нас, хотя нас целая группа. Воистину, наш отец пребывает в очевидном заблуждении.
Ələddin Sultanov:
O zaman (Yusifin qardaşları) belə demişdilər: “Biz çox olduğumuz halda Yusif qardaşı (Bünyamin) atamıza bizdən daha əzizdir. Həqiqətən, atamız açıq-aşkar səhv edir. (Yusif Bünyamin bir ananın uşaqları, digər qardaşları isə başqa bir ananın uşaqlarıydı. Yəni, onlar atabir qardaşdılar.)
Kerbelayi Malik ağa:
‘Yusif qardaşı, həqiqətən atamıza bizdən daha sevimlidir.’ demişdilər. ‘Biz bir dəstəyik. Şübhəsiz ki, atamız, həqiqətən açıq-aşkar bir yanlışlıq içindədir.’
Ələsgər Musayev:
Onda dedilər: «Atamızın Yusifə onun qardaşına məhəbbəti bizdən artıqdır biz isə bir dəstəyik. Həqiqətən, atamız aşkar zəlalətdədir!»
A.Mehdiyev və D.Cəfərli:
O zaman (bir-birlərinə) dedilər: «Yusuf (onunla bir anadan olan) qardaşı (Binyamin) atamızın yanında bizdən daha sevimlidir, halbuki, biz güclü (atamızın evini mallarını qoruyan onun işlərini idarə edən) bir dəstəyik. Doğrudan da bizim atamız (yaşayış tərzi övladları ilə rəftar baxımından) açıq-aşkar bir azğınlıq içərisindədir (ləyaqəti az olanı ləyaqəti çox olandan üstün tutur)!»
Kövsər Tağıyev:
Qardaşları dedilər ki: “Biz güclü bir dəstə olduğumuz halda Yusuf qardaşı (Bünyamin) atamıza bizdən daha əzizdir. Doğrusu, atamız açıq-aydın bir yanlışlıq içindədir”.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman onlar [qardaşları] dedilər “Biz bir dəstə olsaq da, Yusuf onun doğma qardaşı atamıza bizdən daha əzizdir. Doğrudan da atamız açıq-aydın yanılma içərisindədir!
Sabirə Dünyamalıyeva:
Yusifin qardaşları bir zaman: "Yusif qardaşı atamıza bizdən daha əzizdir, biz isə güclü bir-birimizə bağlı bir dəstəyik. Həqiqətən, atamız mütləq çox açıq-aşkar çıxmaz bir yoldadır.