Əlixan Musayev:
Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən yeyib dolanmasından ötrü bir bağı olmadı?” Zalımlar: “Siz ancaq sehrlənmiş bir adamın ardınca gedirsiniz”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Yaxud ona (ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə göydən) bir xəzinə endirməli və ya ondan (onun meyvəsindən) yeyib dolanmaq üçün bir bağı olmalı deyildimi?” Zalımlar (müşriklər möminlərə) dedilər: “Siz ancaq ovsunlanmış (buna görə də ağlını itirmiş) bir adama tabe olursunuz!”
Elmir Quliyev
:
Почему ему не даровано сокровище? Почему у него нет сада, из которого он бы вкушал?" Беззаконники сказали: "Воистину, вы следуете лишь за околдованным мужем".
Ələddin Sultanov:
Yaxud ona bir xəzinə verilməli və ya içindən (meyvələrini) yeməsi üçün onun bir bağı olmalı deyildimi?” Zalım kimsələr (möminlərə): “Siz ancaq sehrlənmiş bir adama tabe olursunuz!” - dedilər.
Kerbelayi Malik ağa:
Yaxud Ona (göydən) bir xəzinə verilsəydi və ya ondan (məhsullarından) istifadə edəcəyi bir bağçası olsaydı. Zalımlar: ‘Siz ancaq, ovsunlanmış bir adama tabe olursunuz.’ dedilər.
Ələsgər Musayev:
Və ya ona xəzinə əta olunsaydı, ya onun bağı olsaydı, oradan o, yesəydi!» Dedi zalimlər: «Tabesiniz ancaq sehirli kişiyə!»
A.Mehdiyev və D.Cəfərli:
Yaxud nə üçün (göydən) ona bir xəzinə göndərilmir və ya onun bir bağı yoxdur ki, ondan istifadə etsin?! Və bu zalımlar (camaata) dedilər: «Siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz.»
Kövsər Tağıyev:
“Yaxud ona bir xəzinə veriləydi və ya məhsulundan yeyəcəyi bir bağı olaydı!” Zalımlar (iman edənlərə): “Siz ancaq ovsunlanmış bir adama tabe olursunuz”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud ona (səmadan) bir xəzinə endiriləydi, yaxud da onun elə bir bağı olaydı ki, o, oradan yeyəydi?" Haqsızlar dedilər: "Siz ancaq cadulanmış [ağlını itirmiş] bir adamın ardınca gedirsiniz."
Sabirə Dünyamalıyeva:
Yaxud da ona bir xəzinə verilsəydi və ya bir bağı olsaydı ki, oradan yesəydi!" dedilər. Bu şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işləyənlər: "Siz ancaq ovsunlanmış bir adama tabe olursunuz!" da dedilər.