Əlixan Musayev:
Fironun ailəsi onu tapıb götürdülər ki, axırda onlara düşmən və başlarına bəla olsun. Həqiqətən, Firon, Haman və onların əsgərləri günahkar idilər.
Bünyadov-Məmmədəliyev:
(Musa doğulduqdan sonra anası bir müddət onu əmizdirdi, sonra mamaçanın onun oğlu olduğunu Firona xəbər verəcəyindən qorxaraq körpəsini bir sandığa qoyub Allaha dua edərək Nil çayına atdı. Bu zaman Firon zövcəsi ilə oturub Nilə tamaşa edirdi. Suyun üzündə bir sandığın üzdüyünü görən Firon xidmətçilərə onu tutub gətirməyi əmr etdi). Fironun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı (içində olduğu sandıqla birlikdə) götürüb gəldilər. Həqiqətən, Firon, Haman və onların əsgərləri (küfr etdiklərinə, məsum uşaqları öldürdüklərinə görə) günahkar idilər.
Elmir Quliyev
:
Семья Фараона подобрала его, чтобы он стал их врагом и печалью. Воистину, Фараон, Хаман и их воины были грешниками.
Ələddin Sultanov:
Beləcə, Fironun ailəsi özlərinə düşmən və başlarına bəla olacaq Musanı (nil çayından) götürdü. Həqiqətən, Firon, Haman və onların əsgərləri səhv yolda idilər.
Kerbelayi Malik ağa:
Beləcə Firon ailəsi Onu onlara düşmən və başlarına bəla olaraq tapıb götürdü. Şübhəsiz ki, Firon, Haman və o ikisinin ordusu günah işlədənlər idi.
Ələsgər Musayev:
Goturdu Firaun ail?si onu, ona gor? ki, onlara dusm?n v? huzn olsun. H?qiq?t?n, Firaun v? Haman v? onlar?n qosunlar? x?ta ed?nl?r oldular!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, Fironun ailəsi onu (suyun üzündən) götürdülər ki, sonunda onlar üçün (məqam, mal və can) düşmən(i), hüzn və kədər səbəbi olsun! Həqiqətən, Firon, Haman və qoşunları xatakar idilər.
Kövsər Tağıyev:
Nəhayət, Firon ailəsi özləri üçün bir düşmən və bir üzüntü səbəbi olacaq o uşağı tapıb götürdü. Şübhəsiz, Firon, (vəziri) Haman və onların əsgərləri xəta edirdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Firionun ailəsi özlərinə düşmən kəsiləcək və hüzn-kədər gətirəcək o uşağı tapıb götürdü. Əslində isə Firon, Haman və onların əsgərləri yanılırdılar.
Sabirə Dünyamalıyeva:
Sonra da Firon ailəsi, özləri üçün bir düşmən və məyusluq səbəbi olmaq üzrə, onu bir "tapıntı" kimi aldı. Həqiqətən, Firon, Haman və bu ikisinin əsgərləri səhv edənlər idi.