Ali-İmran Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.
Bünyadov-Məmmədəliyev:
Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən!
Elmir Quliyev :
Господь наш! Не уклоняй наши сердца в сторону после того, как Ты наставил нас на прямой путь, и даруй нам милость от Себя, ведь Ты Дарующий!
Ələddin Sultanov:
(Onlar belə dua edərlər:) Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə əyrilik salma bizə, Öz tərəfindən bir mərhəmət bəxş et! Sən, həqiqətən, (mərhəmət) bəxş edənsən.
Kerbelayi Malik ağa:
Rəbbimiz, bizi hidayətə ərdirdikdən sonra qəlblərimizi azdırma. Sənin dərgahından bizə vəhbi (qarşılıqsız) olaraq rəhmət bağışla. Şübhəsiz ki, Sən Vəhhabsan (vəhbi olaraq bağışlayansan).
Ələsgər Musayev:
Rəbbimiz! Qəlblərimizin əyilməyinə imkan vermə ondan sonra ki, hidayət edibsən bizi bəxş et bizim üçün Öz yanından rəhmət! Həqiqətən, Sən Vəhhabsan!
A.Mehdiyev və D.Cəfərli:
(Onlar dey?rl?r:) «Ey R?bbimiz, bizi dogru yola yon?ltdikd?n sonra q?lbl?rimizi azd?rma v? biz? Oz t?r?find?n bir r?hm?t b?xs et, cunki, cox-cox bag?slayan S?ns?n!»
Kövsər Tağıyev:
(Onlar belə yalvararlar): “Rəbbimiz! Bizi hidayətə qovuşdurduqdan sonra qəlblərimizə əyrilik salma. Bizə qatından bir rəhmət bəxş et. Həqiqətən, sən çox bəxş edənsən”.
M.Qənioğlu və T.Bilaloğlu:
(və deyərlər); “Rəbbimiz! Bizi düz yola çıxartdıqdan sonra qəlbimizi (haqdan) sapdırma. Bizə Öz tərəfindən bir mərhəmət bəxş et. Sən ki, bəxş edənsən!
Sabirə Dünyamalıyeva:
Rəbbimiz! Bizə doğru yolu göstərdikdən sonra qəlblərimizi azdırma! Bizə Öz tərəfindən rəhmət bəxş et! Şübhəsiz ki, Sən, bol-bol lütf edənsən.