Rum Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər onlar özlüyündə fikirləşmirlər ki, Allah göyləri, yeri onların arasındakıları ancaq bir gerçəklik kimi müəyyən müddət üçün yaratmışdır? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir.
Bünyadov-Məmmədəliyev:
Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri onların arasındakıları ancaq haqq-ədalətlə müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağını) inkar edir.
Elmir Quliyev :
Неужели они не размышляли о самих себе? Аллах создал небеса, землю и то, что между ними, только ради истины и только на определенный срок. Но многие люди не веруют во встречу со своим Господом.
Ələddin Sultanov:
Onlar öz-özlərinə Allahın göyləri, yeri onların arasındakıları haqq olaraq müəyyən bir müddət üçün yaratdığını heç düşünmədilərmi? Həqiqətən, insanların bir çoxu Rəbbinə qovuşacağını inkar edir.
Kerbelayi Malik ağa:
Onlar öz nəfsləri haqqında təfəkkür etmirlərmi (düşünmürlərmi)? Allah göyləri yeri ikisinin arasındakı şeyləri ancaq haqq ilə təyin olunmuş bir müddət ilə yaratdı. Şübhəsiz ki, insanların çoxu Rəblərinə mülaki olmağı (Allaha təslim olmağı) inkar edənlərdir.
Ələsgər Musayev:
Ə, fikir etmirlərmi öz nəfslərində, xəlq etdi Allah səmaları ərzi bu ikisinin arasında olanları ancaq haqq ilə toxunan əcələ? Həqiqətən, insanlardan əksəriyyəti görüşünə Rəblərinin kafir olurlar!
A.Mehdiyev və D.Cəfərli:
məgər onlar öz özlüklərində Allahın göyləri yeri o ikisinin arasındakıları yalnız haqq ilə (əql əsasında olan yüksək hədəf məqsəd üçün) yalnız məhdud müəyyən bir müddət üçün yaratdığını fikirləşmədilərmi? şübhəsiz, insanların əksəriyyəti öz Rəbbi ilə görüşü (ölümdən sonrakı həyata inanmırlar) inkar edir.
Kövsər Tağıyev:
Onlar öz nəfsləri(nin yaradılışındakı incəliklər) haqqında heç düşünmədilərmi? Allah göyləri, yeri ikisi arasındakıları ancaq haqq hikmətə uyğun olaraq müəyyən bir müddət üçün yaratmışdır. Həqiqətən, insanların bir çoxu Rəblərinə qovuşacaqlarını inkar edirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar öz-özlərinə düşünməzlərmi ki, Allah göyləri, yeri onların arasında olanları ancaq haqq olaraq müəyyən bir müddət üçün yaratmışdır? İnsanların çoxu isə öz Rəbbi ilə qarşılaşacaqlarına inanmırlar.
Sabirə Dünyamalıyeva:
Öz-özlüklərində heç düşünmürlərmi ki, Allah göylərdə, yerdə bu ikisi arasında olan hər şeyi yalnız haqq olaraq müəyyən bir müddət üçün yaratmışdır? şübhəsiz ki, insanların çoxu Rəbbi ilə qarşılaşacağını həqiqətən bilərək inkar edir/buna inanmır.