Əlixan Musayev:
İman gətirib yaxşı işlər görənlər üçün Nəim bağları hazırlanmışdır.
Bünyadov-Məmmədəliyev:
İman gətirib yaxşı işlər görənləri Nəim cənnətləri gözləyir.
Elmir Quliyev
:
Воистину, тем, которые уверовали и совершали праведные деяния, уготованы Сады блаженства.
Ələddin Sultanov:
Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün nemətləri bol olan cənnətlər vardır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, amənu olanlar və saleh əməl (əməli salihat, nəfsi islahedici əməl) işləyənlər üçün naim cənnətləri vardır.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, inandılar və əməli
salehdirlər, onlar üçün nemətli cənnətlər var
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə iman gətirib yaxşı işlər görənlər üçün bol nemətli Cənnətlər və bağlar vardır.
Kövsər Tağıyev:
Şübhəsiz, iman edib saleh işlər görənlər üçün içində əbədi qalacaqları Nəim cənnətləri var.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirib əməlisaleh olanlar üçün isə Nə’im [cənnət] bağları vardır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, iman etmiş və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslər üçün, içində əbədi olaraq qalacaqları nemət cənnətləri var.