Əhzab Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Belə etmişik) ki, (Allah) doğru danışanlardan doğruçuluqları barədə soruşsun kafirlər üçün isə ağrılı-acılı bir əzab hazırlasın.
Bünyadov-Məmmədəliyev:
(Allah bununla) doğru danışanlardan (peyğəmbərlərdən) doğruluqlarını (risaləti təbliğ edib-etmədiklərini, ümmətlərinin onlara iman gətirib-gətirmədiklərini) xəbər alsın kafirlərdən ötrü şiddətli bir əzab hazırlasın!
Elmir Quliyev :
чтобы Он спросил правдивых об их правдивости. Он приготовил неверующим мучительные страдания.
Ələddin Sultanov:
(Allah bu əhdi almışdır ki,) doğru danışanların doğruluqlarını soruşsun. O, kafirlər üçün acı bir əzab hazırlamışdır.
Kerbelayi Malik ağa:
Sadiqlərdən sədaqətlərini soruşması üçündür. Kafirlərə ağrılı-acılı bir əzab hazırladı.
Ələsgər Musayev:
ondan ötrü ki, O sual etsin sadiqlərdən onların sidqlərindən kafirlər üçün ələmli əzab hazır edib.
A.Mehdiyev və D.Cəfərli:
(Allah bununla ümmətlərin) doğru danışanlarından (cəza günü mükafat vermək üçün) doğruluqlarını xəbər alsın. O, kafirlər üçün ağrılı bir əzab hazırlamışdır.
Kövsər Tağıyev:
(Allah bunu) doğru kimsələri doğruluqlarından hesaba çəkmək üçün (etmişdir.) Kafirlərə ağrılı-acılı bir əzab hazırlamışdır.
M.Qənioğlu və T.Bilaloğlu:
ki, Allah səmimi olanlardan [peyğəmbərlərdən] səmimiyyətləri barəsində sorğu-sual edə bilsin. (Allah) kafirlər üçün üzücü bir əzab hazırladı.
Sabirə Dünyamalıyeva:
Biz, onlardan ağır bir "möhkəm əhd" aldıq. Allah, kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün ağrılı bir əzabı hazırladı.