Əlixan Musayev:
Məgər içimizdən təkcə onamı Zikr vəhy edilmişdir?” Xeyr, onlar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar.
Bünyadov-Məmmədəliyev:
Məgər Quran aramızdan onamı nazil olmuşdur?! (Halbuki o, yaşca bizdən kiçik, özü də kasıbdır)”. Doğrusu, onlar Mənim Quranım barədə şəkk-şübhə içindədirlər. Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar!
Elmir Quliyev
:
Неужели среди нас Напоминание ниспослано только ему одному?" О нет! Они сомневаются в Моем Напоминании (Коране). О нет! Они еще не вкусили мучений.
Ələddin Sultanov:
Quran aramızdan məhz onamı (Mühəmmədəmi) nazil oldu?” Xeyr! Onlar nazil etdiyim Quran barədə şübhə içindədirlər. Xeyr! Onlar hələ əzabımı dadmayıblar. (Yuxarıdakı ayələrdə Həzrət Peyğəmbərin də dəvət edildiyi Əbu Talibin evindəki yığıncağa işarə edilir.)
Kerbelayi Malik ağa:
Zikr bizim aramızdan Onamı endirildi? Xeyr, onlar Mənim Zikrimdən şübhə içindədirlər. Xeyr, onlar əzabımı hələ dadmadılar.
Ələsgər Musayev:
və həqiqətən, Biz saya salanlarıq».
A.Mehdiyev və D.Cəfərli:
Bu yada salan (Qur’an) bizim aramızdan ona (mal və məqam sahibi olmayan o kişiyə) nazil edilmişdir?!» (Onların bu kitabı qəbul etməmələrinin səbəbi, onun naqis olması deyil,) bəlkə, onlar (dünyaya ifrat dərəcədə bağlandıqları üçün) Mənim yada salan (Qur’an)ım barəsində şübhə içərisindədirlər. Bəlkə (hətta əgər şübhə içərisində olmasaydılar, yenə də qəbul etməzdilər. Çünki) hələ Mənim əzabımı dadmayıblar.
Kövsər Tağıyev:
Onlardan öndə gələnlər: “Gedin ilahlarınıza tapınmağa davam edin. İstənilən bax budur.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər bizim aramızdan onamı Zikr [Quran] nazil olunub?" Bəli, onlar Mənim Zikrim barəsində şəkk-şübhə içərisindədirlər. Bəli, onlar Mənim cəzamı hələ dadmayıblar!
Sabirə Dünyamalıyeva:
Öyüd/kitab bizim aramızdan ona nazil odlumu?" -Əksinə, onlar Mənim öyüdüm/Quran barəsində naqis məlumata sahibdir, əksinə, onlar Mənim əzabımı dadmamışlar.-