Casiyə Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, Allahın ona oxunan ayələrini eşidir sonra, sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inadkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ.
Bünyadov-Məmmədəliyev:
O, Allahın ayələrini özünə oxunduğunu eşidir, sonra guya onları eşitmirmiş kimi (Allahın əmrinə qarşı) təkəbbür göstərərək (küfründə) israr edib durur. (Ya Peyğəmbər!) Beləsinə şiddətli bir əzabla müjdə ver!
Elmir Quliyev :
Он выслушивает аяты Аллаха, которые читаются ему, а затем надменно упорствует, словно он вовсе не слышал их. Обрадуй же его вестью о мучительных страданиях.
Ələddin Sultanov:
O, özünə oxunan Allahın ayələrini eşidir, sonra da onları eşitmirmiş kimi təkəbbürlənərək (küfrdə) israr edir. Buna görə ona acı bir əzabla müjdə ver!
Kerbelayi Malik ağa:
Allahın ona oxunan ayələrini eşidər. Sonra onu eşitməmiş kimi təkəbbür göstərərək israr edər. Artıq onu ağrılı-acılı əzab ilə müjdələ.
Ələsgər Musayev:
Eşidir Allahın ayətini tilavat olunanı üzərinə onun, sonra təkəbbürcəsinə üz çevirir, elə bil ki, eşitmir onu. Bəşarət ver ona ələmli əzabla!
A.Mehdiyev və D.Cəfərli:
ki, Allahın həmişə ona oxunan aylərini eşidir, sonra onları eşitməmiş kimi təkəbbürlə (öz küfr inadkarlığında) israr edir. Buna görə onu ağrılı bir əzabla müjdələ.
Kövsər Tağıyev:
Özünə Allahın ayələrinin oxunduğunu eşidir, sonra təkəbbür göstərərək sanki onları heç eşitmirmiş kimi inad edir. Onu ağrılı-acılı bir əzabla müjdələ!
M.Qənioğlu və T.Bilaloğlu:
O, Allahın onun üçün oxunan ayələrini eşidir, sonra isə sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inad edir. Onu üzücü əzab xəbəri ilə müjdələ.
Sabirə Dünyamalıyeva:
O, Allahın ayələrinin özünə oxunduğunu eşidir, sonra da təkəbbüründən onu sanki eşitmirmiş kimi yenə öz bildiyini edir. Artıq sən ona, ağrılı bir əzabla müjdə ver!