Qaf Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Bunu,) Allaha üz tutan hər bir qul üçün ibrət öyüd-nəsihət olsun deyə (belə etdik.)
Bünyadov-Məmmədəliyev:
(Bütün bunlar Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi öyüd-nəsihət olsun deyə etdik.
Elmir Quliyev :
для разъяснения и напоминания каждому рабу, который обращается к Аллаху.
Ələddin Sultanov:
Bunları Allaha yönələn hər bir bəndə üçün ibrət öyüd-nəsihət olsun deyə yaratdıq.
Kerbelayi Malik ağa:
Münib olan (Allaha yönələn: Allaha təslim olmağı diləyən) bütün qullarına bəsirət olsun (onların qəlb gözləri açılsın) zikr etsinlər (daimi zikrə çatsınlar) deyə.
Ələsgər Musayev:
bəsarət zikr külli qayıdan bəndə üçün.
A.Mehdiyev və D.Cəfərli:
(Allahın ayələri barəsində fikirləşməklə Ona tərəf) qayıdan hər bir bəndəyə gözüaçıqlıq öyüd-nəsihət (amili) olması üçün (etdik bunları).
Kövsər Tağıyev:
Bütün bunlar ixlasla Allaha yönələn hər qulun qəlb gözünü açmaq ona öyüd ibrət vermək üçündür.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha üz tutan hər bir bəndə bəsirət gözü ilə baxıb ibrət alsın.
Sabirə Dünyamalıyeva:
Biz, Allaha üz tutan hər bəndəyə qəlb gözünü açmaq üçün ona öyüd vermək üçün