Əlixan Musayev:
Sizin sözləriniz ziddiyyətlidir.
Bünyadov-Məmmədəliyev:
(Ey müşriklər!) Sizin (Quran və Muhəmməd əleyhissəlam barəsində) sözləriniz müxtəlifdir (bəziniz Qurana şer, Peyğəmbərə şair, bəziniz də Qurana kahinlik əsəri, Peyğəmbərə kahin deyirsiniz).
Elmir Quliyev
:
Ваши (неверующих) слова противоречивы.
Ələddin Sultanov:
Siz (Quran barəsində) müxtəlif sözlər deyirsiniz.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, siz mütləq ixtilaflı bir söz (düşüncə) içindəsiniz.
Ələsgər Musayev:
həqiqətən, siz danışıqda müxtəlifsiniz!
A.Mehdiyev və D.Cəfərli:
ki, həqiqətən (siz Məkkə əhlinin Peyğəmbər və onun Qur’anı barəsində) sözləriniz müxtəlif və fərqlidir. (Peyğəmbər və Qur’an barəsində «o sehrbaz və bu sehrdir; o kahin, bu isə cin və şeytanın sözləridir; o şair, bu isə şerdir; o öyrədilmiş, bu isə keçmişlərin əfsanələridir» deyirsiniz.)
Kövsər Tağıyev:
mütləq siz (peyğəmbər haqqında) ziddiyyətli sözlər deyirsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
siz həqiqətən də cürbəcür fikirlər içərisindəsiniz!
Sabirə Dünyamalıyeva:
şübhəsiz ki, sizin qərarlarınız həqiqətən müxtəlifdir.