Əlixan Musayev:
Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi, Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”
Elmir Quliyev
:
О те, которые уверовали! Раскаивайтесь перед Аллахом искренне! Может быть, ваш Господь простит ваши злодеяния и введет вас в Райские сады, в которых текут реки, в тот день, когда Аллах не опозорит Пророка и тех, кто уверовал вместе с ним. Их свет будет сиять перед ними и справа. Они скажут: "Господь наш! Дай нам света сполна и прости нас. Воистину, Ты способен на всё".
Ələddin Sultanov:
Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin! Ola bilsin ki, Rəbbiniz sizin pisliklərinizin üstünü örtər və Allah Peyğəmbərini və onunla birlikdə iman gətirənləri utandırmayacağı bir gündə sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Onların nuru önlərindən və sağ tərəflərindən saçılar. Onlar: “Ey Rəbbimiz! Bizim üçün nurumuzu tamamla və bizi bağışla! Şübhəsiz ki, Sən hər şeyə qadirsən”, - deyərlər.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Allaha Nasuh Tövbəsi ilə tövbə edin! Ümid edilər ki, Rəbbiniz sizin günahlarınızı örtər və sizi altından çaylar axan cənnətlərə qoyar. O gün Allah nəbiləri və Onunla birlikdə olanları rəzil etməz. Onların nurları önlərində və sağlarında gedər. ‘Rəbbimiz, bizim nurumuzu tamamla və bizi məğfirət et (günahlarımızı savaba çevir). Şübhəsiz ki, Sən hər şeyə qadirsən.’ deyərlər.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Qayıdın Allaha tərəf səmimi
qayıtmaqla. Ola bilsin ki, Rəbbiniz örtsün pisliklərinizin üstünü
və daxil etsin sizi bağlara – cari olur altından onun nəhrlər. O
gün Allah rüsvay etməz nəbini və o kəsləri ki, onunla inandılar.
Nuru onların gedir qarşılarında və əllərinin altında. Deyirlər:
«Rəbbimiz! Tamam et bizim üçün nurumuzu və bağışla bizim
üçün. Həqiqətən, Sən üzərində külli şeyin Qadirsən!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil etsin. Elə bir gündə Allah, Peyğəmbəri və onunla birgə (Allaha) iman gətirənləri xar etməz. Onların nuru (dirilmək məkanı olan) qəbirdən (haqq-hesab mərkəzinə qədər) önlərində və sağ tərəflərində hərəkət etməkdədir. Deyərlər: «Ey Rəbbimiz, bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Sən hər şeyə qadirsən!»
Kövsər Tağıyev:
Ey iman edənlər! Allaha səmimiyyətlə tövbə edin. Bəlkə, Rəbbiniz sizin pisliklərinizi örtər, Peyğəmbəri və onunla birlikdə iman edənləri utandırmayacağı gündə Allah sizi içlərindən çaylar axan cənnətlərə qoyar. Onların nurları önlərindən və sağlarından işıq saçar, gedər. “Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla, çünki sənin gücün hər şeyə haqqı ilə yetər”, – deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Allaha səmimi ürəklə tövbə edin ki, bəlkə Rəbbiniz pisliklərinizi [günahlarınızı] örtə və sizi dibindən çaylar axan cənnət bağlarına daxil edə. O günü Allah peyğəmbəri və onunla birlikdə iman gətirənləri pərt etməz. Onların (iman) nuru önlərində və sağ tərəflərində gedərkən onlar: "Rəbbimiz, nurumuzu bizim üçün tamamla və bizi bağışla. Axı Sən hər şeyə qadirsən!" - deyərlər.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Xalis, qarışığı olmayan/səmimi bir qayıdışla səhvlərinizdən Allaha dönün. Ola bilsin ki, Rəbbiniz; Peyğəmbəri və onunla birgə iman gətirənləri xəcil etməyəcəyi, işıqlarının onların önlərində və sağ tərəflərində [axıb] gedəcəyi, "Rəbbimiz! İşığımızı tamam-kamal et, bizi bağışla, çünki Sən hər şeyə qadirsən" deyəcəkləri gündə sizin pisliklərinizin üstünü örtsün və sizi, içlərindən çaylar axan cənnətlətə daxil etsin.