Mülk Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən (Cəhənnəmin) gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən (bir peyğəmbər) gəlməmişdi?”
Bünyadov-Məmmədəliyev:
O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): “Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?” deyə soruşacaqlar.
Elmir Quliyev :
Она готова разорваться от ярости. Каждый раз, когда туда будут бросать толпу, ее стражи будут спрашивать их: "Разве к вам не приходил предостерегающий увещеватель?"
Ələddin Sultanov:
Cəhənnəm az qala qəzəbindən çatlasın. Hər dəfə ora bir dəstə atıldıqda onun gözətçiləri: “Sizə xəbərdar edən bir peyğəmbər gəlməmişdimi?” - deyə onlardan soruşacaqlar.
Kerbelayi Malik ağa:
(Cəhənnəm) az qala qəzəbindən parçalanacaq kimi olar. Oraya hər bir dəstə atılarkən onun (cəhənnəmin) gözətçiləri onlara: ‘Sizə nəzir gəlmədimi?’ deyə soruşdular.
Ələsgər Musayev:
Az qalır ki, qeyzdən partlasın. Külli ki, atırlar ona dəstələri, sual edirlər onlardan gözətçiləri onun: «Ə, gəlmədi sizə nəzərə çatdıran?
A.Mehdiyev və D.Cəfərli:
Az qala qəzəbin şiddətindən parça parça olsun; hər hansı bir dəstə oraya atıldıqları zaman gözətçilər onlardan soruşarlar: «Məgər (dünyada) sizə bir qorxudan (peyğəmbər) gəlməmişdimi?»
Kövsər Tağıyev:
Az qala cəhənnəm qəzəbdən çatlayacaq! Hər bir topluluq oraya atıldıqca oranın gözətçiləri onlardan: “Sizə bir xəbərdar edən gəlməmişdimi?” deyə soruşarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
O, qeyzdən az qala parça-parça ola. Hər dəfə içərisinə bir dəstə adam atılanda, cəhənnəm gözətçiləri onlardan soruşarlar “Məgər sizin yanınıza bir xəbərdar edən gəlməyib?”
Sabirə Dünyamalıyeva:
O, az qalsın hirsindən çatlayacaq. vaxt bir tayfa ora atılsa, onun gözətçiləri onlardan soruşacaqlar: "Sizə xəbərdarlıq edən biri gəlmədimi?"